AQİL XƏLİLİN FRANSA SƏFƏRİ DƏ YASAQ EDİLDİ

Avropa Birliyinin dəvəti ilə bu gün səhər Fransaya uçmaq istəyən ““Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil (Xəlilov) Heydər Əliyev adına Bakı Hava Limanından geri qaytarılıb.

Bu barədə RATİ-yə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verib:
“Səhər saat 4-də Aqil aeroportda olub. O gömrük və sərhəd xidmətinin postundan problemsiz keçib. Amma sonradan bir nəfər mülki geyimli şəxs pasportu ondan alıb və bi otağa girərək kiməsə zəng edib. Təxminən yarım saatlıq telefon danışığından sonra həmin şəxs pasportu Aqilə qaytarıb və deyib ki, məhkəməsi bitmədiyi üçün o xaricə gedə bilməz”
Qeyd edək kı, artıq A. Xəlil bir neçə dəfə xarici səfərə cəhd edib və hər dəfə o, qanunsuz olaraq sərhəddən buraxılmayıb. Problemlə  bağlı Nəsimi rayon Məhkəməsi qarşısında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi və Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldırılsa da, iş icraata götürülməyib.
 “Guya iddia ərizəsinə bəzi sənədlər qaydasında olmayıb. Amma mən inanmıram ki, Elçin Sadıqov kimi professional bir vəkilin hazırladığı ərizədə qusur olsun”, – deyə qeyd edən A. Əhmədovun sözlərinə görə, vəkil E. Sadıqov ABŞ-da səfərdədir, o, geri dönən kimi yenidən iddia məhkəməyə təqdim olunacaq.

Previous Post

FUAD ƏLƏSGƏROV HESAB EDİR Kİ, AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR

Next Post

STREKALİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.