AQİL XƏLİLƏ QARŞI NÖVBƏTİ SUİ-QƏSD CƏHDİ OLUB

  Dünən (07 may) “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil bir qrup naməlum şəxs tərəfindən izlənilib və həmin şəxslər ona qarşı sui-qəsd etməyə cəhd göstəriblər.

Bu barədə RATİ-yə jurnalistin özü məlumat verib: “Dünən axşam saatlarında “28 May” metro stansiyasında qatar gözləyərkən həmin şəxslərdən biri məni itələyərək qatarın altına atmaq istəyib. Məni Allah saxladı. Həmin zaman məndən başqa digər şəxslərin də həyatı təhlükə altında idi”.

          Xəlilin sözlərinə görə, metrodan çıxıb evə gedərkən yaşadığı evin yaxınlığında iki nəfər şəxs küçənin qaranlıq olmasından istifadə edərək onun qolundan tutub aparmaq istəyiblər. Bu şəxslərin əlindən qaçmağa nail olan Xəlil həmin gecə öz yaşadığı mənzildə qalmayıb. A. Xəlil həyatına olan təhlükəyə görə bir müddət işləməmək qərarına gəldiyini də vurğulayıb.

Previous Post

Appellate Court Hearing for G.Zahid

Next Post

“LİDER” TELEKANALI PROQRAMLARININ REYTİNQİ İLƏ BAĞLI MƏLUMAT VERMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.