Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, millət vəkili Əhəd Abıyev “Yeni Müsavat” qəzetini məhkəməyə verməyə hazırlaşır.
Bu barədə RATİ-yə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. Onun sözlərinə görə, Abıyev qəzetə verdiyi müsahibədə fikirlərinin təhrif olunduğunu iddia edir.
Abıyevin qəzeti məhkəməyə verəcəyindən qətiyyən narahat olmadıqlarını deyən Arifoğlu millət vəkilinin qəzetdə dərc olunmuş müsahibəsində heç bir təhrifin olmadığını və müsahibənin audio yazısının redaksiyada saxlandığını qeyd etdi.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin 26 aprel 2008-ci il tarixli sayında Əhəd Abıyevin müsahibəsi dərc edilmişdi.