Həyəcan! Vəkil Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasında iki iş üzrə intizam icraatına başlanıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasında iki iş üzrə intizam icraatına başlanmasından ciddi narahatçılıq keçirir.  RATİ hesab edir ki, bu əsasən medianı və jurnalistləri müdafiə edən vəkil Elçin Sadıqovun sıradan çıxarılması üçün hakimiyyətin siyasi sifarişidir. Təsadüfi deyil ki, indiyə qədər hakimiyyət media nümayəndələri və hüquq müdafiəçilərini müdafiə edən – Xalid Bağırov, Elçin Namazov, Osman Kazımov və digərlər vəkillər barədə fəaliyyətlərini məhdudlaşdıran siyasi qərarlar çıxarıb.

Belə ki, vəkil Elçın Sadıqov barəsində verilən şikayətlərdən biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva tərəfindən Vəkillər Kollegiyasına daxil olub.

“Hakimi Ramella Allahverdiyeva Vəkillər Kollegiyasına CM-nin 213.1-ci, 306.2-ci, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilən Zeynalov Əvəz Tapdıq oğlunun işi üzrə 02 iyul 2012-ci il tarixli məhkəmə iclasını icazəsiz tərk etməyim barədə məktub göndərib.  02 iyul 2012-ci il tarixdə hakim Ramella Allahverdiyeva deputat Gülər Əhmədovanı şahid qismində çağırmış, Əvəz Zeynallı və mən bizə sənədlərin sürətlərəi verilmədən Gülər Əhmədovanın dindirilməsinin qanunsuz olduğunu, yalnız sənədlərin sürətini verib  və biz hazırlaşdıqdan sonra Gülər Əhmədovanın dindirilməsinin mümkün olduğunu bildirdik. Bu zaman müdafiə etdiyim Zeynalov Əvəz Tapdıq oğlu məndən imtina etdiyini bildirərək mənim zalı tərk etməyimi tələb etdi. Mən məhkəmədən Əvəz Zeynalovun məndən imtina etməsi barədə yazılı ərizə yazmaq üçün şərait yaratmasını xahiş etsəm də, məhkəmə mənə bildirdi ki, Gülər Əhmədovanı dindirdikdən sonra bu məsələyə baxacaqdır. Məhkəmənin bu hərəkətinə (hərəkətsizliyinə) etiraz etdikdə məhkəmə buna heç bir əhəmiyyət vermədi. Əvəz Zeynallı isə məndən imtinanı israr edərək zaldan çıxmağımı tələb edirdi. Mən məhkəmənin diqqətinə mənə qarşı edilmiş etirazı nəzərə alaraq, vəkil adına hörmət naminə məhkəmə kollegiyasından icazə alaraq saat 13.27-də zalı tərk etdim. Həmçinin, məhkəmə prosesi nahar fasiləsi dövründə davam etdirilirdi. Halbuki qanunvericilik qeyri iş vaxtlarında məhkəmə iclasının davam etdirilməsini qadağan edir”, – deyə qeyd edən E.Sadıqov ona qarşı digər şikayətin isə Neftçala rayon Prokurorluğundan verildiyini bildirdi.

“Nefçala rayon Prokurorluğu Vəkillər Kollegiyasın məktub göndərərək bildirib ki, 30 iyul 2012-ci il tarixdə sağ qolum barmaqlarımla birlikdə gipsli sarıqda olduğundan və sol əlimlə imza etmək təklif olunsa da, sol əlimlə imza edə bilmədiyimi bildirərək cinayət işi ilə tanış olma barədə protokola imza etməmişəm. Mən Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin sifarişi ilə Neftçala rayon Prokurorluğu tərəfindən CM-nin 315.1-ci maddəsi ilə təqsirləndirilən Hüseynov Natiq Mirzağa oğlunun müdafiəçisiyəm. Belə ki, müstəntiq Anar Mirkişiyevlə 27 iyul 2012-ci il tarixdə telefon vasitəsi ilə cinayət işinin materialları ilə tanış olmağımızı 30 iyul 2012-ci il tarixə saat 15.00-a, Bakı İstintaq Təcridxanasına təyin etmişik. 29 iyul 2012-ci il tarixdə atdan yıxılma nəticəsində sağ qolumdan tramva almışam. 30 iyul 2012-ci il tarixdə səhər saat 10.00 radələrində Respublika Tramvmatoloji İnstitutuna müraciət etmişəm. Sağ qolum dirsək, said, bilək və barmaq hissə gipsli sarıq edilib. Diaqnoz isə qeyd edilən hissələrdə sümüklərin bərk əzilməsi, natamam sınıqlar olub”, – deyə qeyd edən E.Sadıqov obyektiv hala görə cinayət işinin materialları ilə tanış olmağına dair protokola imza edə bilmədiyini qeyd etdi.

RATİ vəkil Elçin Sadıqovun təqdim etdiyi faktlara əsaslanaraq, onun haqqında başlanan intizam icraatlarını tam siyasi sifarişli hesab edir və bu intizam icraatlarına Vəkillər Kollegiyasının xitam verməsini tələb edir.  Əks halda başlanan intizam icraatları və onların mümkün  mənfi nəticələri ölkədə qorxaq, satqın və heç bir funksiyası olmayan vəkilliyin formalaşmasına xidmət kimi dəyərləndiriləcək.

Previous Post

ANA OĞLUNUN FIRILDAQ QURBANI OLDUĞUNU İDDİA EDİR

Next Post

Elan!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.