ƏLİ ƏHMƏDOV “FRİDOM HAUS”-UN HESABATINI ƏDALƏTSİZ HESAB EDİR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov “Fridom Haus” beynəlxalq hüquq müdafiə təşkilatının dünyada söz azadlığına dair növbəti illik hesabatının Azərbaycana dair hissəsini ədalətsiz hesab edir.

“Trend”-in yaydığı məlumata görə, jurnalistlərlə söhbətində Əhmədov hesabatın həm də  qeyri-obyektiv olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən (29 aprel) “Fridom Haus” dünyada söz azadlığına dair növbəti illik hesabatını açıqlayıb.  195 ölkənin adının salındığı hesabatda bildirilir ki, 72 ölkədə mətbuat azadlığı var, 64 ölkədə mətbuat azad deyil, qalan 59 ölkədə isə mətbuat qismən azaddır. Azərbaycan bu siyahıda 168-ci yerdədir, yəni Azərbaycan mətbuatı azad olmayan ölkələrin sırasına daxil edilib.

Previous Post

DAHA BİR QƏZETİN MƏHKƏMƏSİ BAŞLADI

Next Post

OMBUDSMAN JURNALİSTLƏRİN AMNİSTİYAYA DÜŞƏCƏYİNİ BİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.