ANDRES HERKEL HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün (16 sentyabr) Söz Azadlığı Müdafiə Komitəsinin işçi qrupu, Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin, habelə “Azad və Ədalətli Seçkilər Uğrunda” Məşvərət Şurasının üzvləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə görüşüblər.

Bu barədə RATİ-yə məlumat verən Söz Azadlığı Müdafiə Komitəsinin sədri Arzu Abdullayevanın sözlərinə görə, görüşdə əsasən seçki prosesi, siyasi məhbuslar, xüsusilə də məhbus jurnalistlərin problemləri müzakirə edilib. Komitə sədri bir müddət öncə satirik-jurnalist Mirzə Sakitə qarşı edilən təxribat barədə ətraflı məlumat verib və onun həyat yoldaşı Rəna Zahidovanın yazdığı şikayət ərizəsini həmməruzəçiyə təqdim edib. Görüşdə Eynulla Fətullayev və Qənimət Zahidin də vəziyyəti, onların saxlanma şəraiti barədə məlumatlar həmməruzəçinin diqqətinə çatdırılıb. Herkel Azərbaycana səfəri çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovla görüşüb məhbus jurnalistlərin problemlərini müzakirə edəcəyinə söz verib.
Previous Post

TİKİNTİ ŞİRKƏTİNİN ALDATDIĞI SAKİNLƏR RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

Next Post

RATİ MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQİN AYLIQ HESABATINI TƏQDİM ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.