ELAN!

“Obyektiv” TV  deputatlığa namizədlərin hər birinə 10 dəqiqə  pulsuz efir vaxtı ayırır.

Bu 10 dəqiqə ərzində namizədlər seçicilərə canlı yayımla müraciət edə bilər, daha sonra bu videolar sayta yerləşdiriləcək. Eyni zamanda bu videolar digər sosial şəbəkələrdə də yayımlana bilər və əgər namizədlərin özlərinin saytları varsa, həmin sayta da yerləşdirilə bilər. “Obyektiv” TV namizədlərin özlərinin hazırladığı video çarxları da sayta yerləşdirə bilər.
Namizədlərin bütün video müraciətləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun konfrans zalında çəkiləcək. Seçicilərə müraciətlərini çəkdirmək istəyən namizədlər bir gün qabaqcadan müraciət edərək adlarını yazdıra və  onlar üçün təyin edilmiş vaxtda çəkilişə gələ bilərlər. Bütün namizədlər çəkilişə gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və  namizədliklərinin qeydə alınması vəsiqəsini təqdim etməlidir.
Müraciətlər bu gündən qəbul olunur. Çəkilişdə iştirak etmək istəyən namizədlər bu nömrələrə zəng vura bilərlər.

           Əlaqə vasitələri :(070) 398-48-38

                                       (012) 408-08-42

Previous Post

ELAN!

Next Post

AZƏRBAYCAN AVROATLANTİK MƏKANDA İNTEQRASİYA PRİORİTETLƏRİ VƏ REALLIQ MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.