29 İYUN SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azad dalğalar” layihəsi çərçivəsində telekanalların monitorinqi ilə bağlı 2010-cu ilin ilk dörd ayı üzrə hesabatların təqdimatı keçiriləcək.
Tədbirə telekanalların nümayəndələri, jurnalistlər, ekspertlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvət edilir.