ELAN

iyul 21st, 2008
SABAH (22 İYUL) SAAT 14.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşəbbüsü  ilə Fəxri Xiyabanda Milli Mətbuat Günü münasibətilə Azərbaycan milli mətbuatın banisi Həsən bəy Zərdabinin, saat 14:30-da isə 2-ci Fəxri Xiyabanda “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynov və “Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun məzarları ziyarət ediləcək.

Mərasimə jurnalistlər, redaktorlar, yerli və beynəlxalq ictimaiyyət nümayəndələri dəvətlidir.