ELAN!

dekabr 23rd, 2011
23 DEKABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində  (RATİ) “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və qurumun ekspertləri “Dağlıq Qarabağ: 2011-ci ilin yekunları və gələcək gözləntilər” mövzusunda mətbuat konfransı keçirəcəklər.

Mətbuat konfransında Mərkəzin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələri də açıqlanacaq.

 Jurnalistlər, hüquq müdafiə təşkilatları, ekspertlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.