ELAN!

   RATİ “Multimedia reportajları”nda insan haqları mövzusu ilə bağlı iki ayda bir dəfə keçiriləcək müsabiqəyə qəbul elan edir.

Hər iki aydan bir RATİ müsabiqəyə təqdim olunmuş işlərin içindən iki foto esse və bir multimedia layihəsini qalib seçəcək.
Qalibin Mükafatı: Flip kamera olacaq.
 
Müsabiqənin şərtləri:
Təqdimatların sayına məhdudiyyət qoyulmur.
Təqdimatın mövzusu insan haqları ilə bağlı olmalı və ya burada insan haqları mövzusunun bu və ya digər elementi olmalıdır. Şəkillər və videolar Azərbaycan ərazisində çəkilmiş olmalıdır.
İştirakçı təqdimatları özü hazırlamalı və onların müəllifi olmalıdır.
Təqdimatlar rəqəmsal formatda təqdim edilməlidir. Rəqəmsal şəkillər sancaq.biz@gmail.com elektron ünvanına göndərilməlidir. Videolar isə kompakt diskdə olmalı və Rəşid Behbudov küçəsi 8 ünvanında yerləşən RATİ ofisinə təqdim edilməlidir. Aşağıdakı məlumatları daxil etməyi unutmayın: ad, ünvan, telefon nömrəsi, şəklin, videonun və ya təsvirin məkanı.
Müraciət üçün son tarix: 20 İyul 2012
Öhdəliklər:
Müəlliflik hüququ: Fotoların və (və ya) multimedia layihələrinin müəllifi təqdim etdiyi fotoların və (və ya) multimedia layihələrinin bütün hüquqlarına, o cümlədən müəlliflik hüququna malik olduğu barədə zəmanət verməlidir.
Fotoların və (və ya) multimedia layihələrinin müəllifi fotoların və (və ya) multimedia layihələrinin müsabiqəyə təqdim etmək hüququnun olduğuna zəmanət verməlidir.
Fotoların və (və ya) multimedia layihələrinin müəllifi fotoların və (və ya) multimedia layihələrinin üçüncü tərəfin müəlliflik hüquqlarını, ticarət nişanlarını və digər əqli mülkiyyət hüququnu, və ya digər şəxslərin məxfilik və ya aşkarlıq hüquqlarını pozmadığına zəmanət verməlidir.
İstifadə hüquqları: Müəllif öz fotoların və (və ya) multimedia layihələrinin RATİ tərəfindən istifadə edilməsini öhdəsinə götürür. RATİ isə həmin materiallardan bütün istifadə zamanı müəllifin adını və ya müəlliflik hüququnu qeyd etmək öhdəliyini qəbul edir. RATİ müəlliflə ilkin razılaşma olmadan fotoların və (və ya) multimedia layihələrinin satılmayacağına təminat verir.
Previous Post

AŞPA-DA K.ŞTRASSERİN MƏRUZƏSİ BARƏDƏ SDİ RƏHBƏRİ LEYLA YUNUS İLƏ MÜSAHİBƏ

Next Post

ƏMANƏTLƏR NECƏ QAYTARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.