BU GÜN (17 APREL) SAAT 13:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakit (Sakit Zahidov) həbs olan müddətdə Ədliyyə sistemində şahid olduğu qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirəcək.
Tədbirə KİV rəhbərləri, jurnalistlər, hüquq müdafiəçiləri, diplomatik korpusların nümayəndələri və digər maraqlanan şəxslər də dəvətlidirlər.