TƏDBİRİN VAXTINA DÜZƏLİŞ!

3 MAY – ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜ SAAT 11.00-DA Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun məzarı ziyarət ediləcək. 

SAAT 12.00-DAN 14.00-DƏK Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “XXI əsrdə İnternetin dövlət tənzimlənməsinə ehtiyac varmı?” mövzusunda dəyirmi masa keçiriləcək.
RATİ və Media Hüququ İnstitutu (MHİ) tərəfindən təşkil edilən dəyirmi masada  internet TV-lərin lisenziyalaşdırılması və internetdə olan sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı dövlət qurumlarının son vaxtlar səsləndirdiyi fikirlərə münasibət bildiriləcək.
Tədbirə QHT rəhbərləri, redaktorlar, jurnalistlər, diplomatik korpus nümayəndələri, bu məsələyə aidiyyəti olan dövlət qurumlarının nümayəndələri və maraqlanan bütün şəxslər dəvət edilir.  

Previous Post

AMNESTY İNTERNATİONAL JURNALİSTLƏRƏ VƏ AKSİYA İŞTİRAKÇILARINA QARŞI ZORAKI HÜCUMLARI PİSLƏYİB

Next Post

BƏLƏDİYYƏLƏRİN BÖYÜDÜLMƏSİ MÜSBƏT DƏYİŞİKLİKLƏRƏ SƏBƏB OLMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.