JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

yanvar 28th, 2011
Diqqət  – treninqlər ingilis dilində olacaq!

Treninqlərdə araşdırmaçı jurnalistika, xəbər və məqalə yazma, jurnalist etikası və yeni media məsələləri müzakirə ediləcək.   Treninqlər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Mətbuat Mərkəzində (R.Behbudov küçəsi 8, mən 85/86) saat 19:30-20:30 arasında keçiriləcək. Treninq “Vaşinqton Post” qəzetinin keçmiş müxbiri və hazırda Fulbrayt proqramı ilə Azərbaycanda səfərdə olan Amanda Erikson tərəfindən keçirilir.

           Treninqdə iştirak etmək arzusunda olanlardan yanvarın 28-ə qədər irfs.az@gmail.com elektron ünvanına bu barədə yazmaları xahiş olunur.

Treninqlər fevralın 1-dən başlanacaq.