DAHA BİR JURNALİST HƏBS OLUNDU

 Bu gün (7 aprel) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə və qəzetin jurnalisti Zümrüd Məmmədovaya qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində hökm oxundu. Belə ki, məhkəmənin qərarı ilə Asif Mərzili 1 il müddətinə azadlıqdan məhrum olundu və məhkəmə zalında həbs edildi, Zümrüd Məmmədova isə 6 ay müddətinə icbari islah işi kəsildi.
  Xatırladaq ki, 2 ay öncə ABU-nun rektoru Elşad Abdullayev “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə və qəzetin jurnalisti Zümrüd Məmmədovaya qarşı CM-nin 147, 148-ci (böhtan, şərəf və ləyaqətin tapdanması) maddəsi ilə iddia qaldırmışdı. İddiaya səbəb qəzetin 19-26 avqust 2008-ci il tarixli sayında “Mahir Abdullayev Bakıdadır?” başlıqlı və bu mövzuda dərc olunan məqalələr olub. İddiaçı məhkəmədən “Təzadlar” qəzetinin bağlanmasını, hər iki jurnalistin iddiada göstərilən maddələrlə təqsirli bilinərək həbs olunmasını və dəymiş mənəvi ziyana görə hər birindən 30 min manat təzminatın ödənilməsi haqqında qərarın çıxarılmasını xahiş edib.
 Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin qarşısında A. Mərzilini 1 saylı İstintaq təcridxanasına aparılan zaman çəkiliş aparan RATİ-nin əməkdaşlarına Pentensiar xidmətin əməkdaşları tərəfindən maneçilik törədilib.
Previous Post

ELAN!

Next Post

Mirzə Sakit bu gün də buraxilmadı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.