“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR MƏHKƏMƏ İDDİASI QALDIRILIB

“Gündəlik Bakı” qəzetinə qarşı daha bir iddia ərizəsi məhkəməyə təqdim olunub.

Bu barədə RATİ-yə qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev məlumat verib: “Dünən Mətbuat Şurasından və Yasamal rayon Məhkəməsindən redaksiyamıza məktub gəlib. Mətbuat Şurasından gələn məktubda bildirilir ki, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbin rəhbərliyi bizdən şikayət edib. Məhkəmədən gələn məktubda isə göstərilir ki, bizə qarşı iddia ərizəsi var. İddiaçı olan 21 saylı orta məktəbin rəhbərliyi məhkəmədən qəzetimizin istehsalına və yayımına xitam verilməsi, dəymiş mənəvi zərərə görə redaksiyanın 10.000  (on min) AZN, yazının müəllifi Əli Mövluddan 15.000 (on beş min) AZN məbləğində cərimənin tutulması haqqında qərarın çıxarılmasını istəyib”.
Qeyd edək ki, iddiaya səbəb qəzetin 07 noyabr 2008-ci il tarixli sayında “5-ci sinif şagirdi zorlandı” başlıqlı məqalə olub.
Gün ərzində bir-neçə dəfə RATİ əməkdaşları 21 saylı orta məktəbin direktoru Fərrux Ağasıbəyli ilə telefon vasitəsilə  əlaqə saxlamağa çalışsalar da, zənglərə cavab verən katibə direktorun dərsdə olduğunu bildirib.
Belə ki,  “Gündəlik Bakı” qəzeti ilə bağlı Mətbuat Şurasına daxil olan şikayətlə baxılmayıb. Artıq məsələ ilə bağlı məhkəməyə müraciət edildiyini əsas gətirən şura müraciəti gündəlikdən çıxarıb.
Previous Post

AQİL XƏLİL HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI KARİKATURA ÇƏKİB

Next Post

MTRŞ SƏDRİ NORVEÇ SƏFİRİ İLƏ XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.