Gürcüstanda baş verən hadisələri işıqlandıran ANS TV-nin əməkdaşları Gürcüstanın Qori şəhərinə nəzarət edən rus qoşunları tərəfindən atəşə tutulub.
Bu haqda məlumat ANSPRESS.com saytında yerləşdirilib. ANS-in Gürcüstandakı müxbiri Nadir Almasoğlu onu da bildirib ki, hadisə yerində olan iki jurnalist (onların milliyyətini müəyyənləşdirmək mümkün olmayıb) silahlı şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb.