ANS TELEVİZİYASININ ƏMƏKDAŞLARI TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Noyabrın 13-də saat 16.30 radələrində Bakı Metrosunun “Koroğlu” stansiyasında çəkiliş aparan ANS telekanalının müxbiri Elgiz Nəbili və operator Təbdiz Hacıyev polis təzyiqinə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna E.Nəbili məlumat verib.

Belə ki, adı çəkilən stansiyada təmir zamanı ətrafında olan obyektlərinin sahiblərinə bir müddətə mağazaların bağlanılmasını təklif ediblər. Amma stansiyada və ətrafdakı obyektlərdə təmir işləri bitdikdən sonra mülkləri özlərinə deyil, başqa şəxslərə verilib. Bu məsələni araşdıran jurnalistlər isə polis tərəfindən zorakılıqla stansiya ərazisindən uzaqlaşdırılıblar.    
E.Nəbilinin sözlərinə görə, ciddi xəsarət almayıblar: “Bizi itələməklə ərazidən kənarlaşdırdılar deyə ciddi zədə almadıq”.

Previous Post

MÜDAFİƏ NAZİRLİYİ HÜQUQ MÜDAFİƏÇİSİNİN 100 MİN MANAT CƏRİMƏ OLUNMASINI İSTƏYİR

Next Post

RAUF ARİFOĞLU VƏ RAHİM HACIYEVLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.