İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin əfv edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E. Behbudov bildirdi ki, müraciətə hələlik cavab verilməyib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.