Jurnalist Pərviz Həşimlinin həbsindən apellyasiya şikayəti verilib

398327_525389854153700_112437647_n

Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə  qərardan apellyasiya şikayəti verilib. Bu barədə bu gün (20 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.  E. Sadıqov  bildirib ki, apellyasiya şikayətində həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.

 “Biz apellyasiya şikayətində jurnalist Pərviz Həşimlinin evində və həmçinin də “Bizim Yol” qəzetinin və “Moderator.az” saytının ofisində aparılan axtarışlardan da şikayət verdik”,-deyə vəkil qeyd edib.

Elçin Sadıqov onu da qeyd edib ki, bu gün Pərviz Həşimli ilə görüşmək üçün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına gedib, ancaq vəkillə  görüş üçün məktubun hələ onlara gəlib çatmadığını bəhanə gətirərək görüşə icazə verməyiblər.

 Onu da qeyd edək ki, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Bizim yol” qəzetinin əməkdaşı və moderator.az  saytının rəhbəri Pərviz Həşimlinin həbsini pisləyib.

 Xatırladaq ki, P. Həşimli  sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Sentyabrın 18-də jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə təqsirli bilinib və Səbail Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Jurnalistin vəkili məhkəmə tərkibinə etiraz edib

Next Post

“Azərbaycan və Avropa İttifaqı: Siyasi Dilemma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.