RAFİQ TAĞININ QƏTLİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Rafiq Tağının ailəsinin Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən verdiyi şikayət ərizəsi Nəsimi rayon məhkəməsindən geri qaytarılıb.

Vəkil Elçin Sadıqov bildirib ki,  yanvarın 25-ə keçirilməli olan hazırlıq iclasında hakim Şahin Abdullayev prosesin səhvən təyin olunduğunu, əslində şikayət ərizəsinin geri qaytarıldığını bildirib.  Elçin Sadıqov “Mediaforum”a açıqlamasında artıq həmin qərardan apellyasiya şikayəti verdiyini bildirib. .

            Ailənin şikayətində Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmadığı, ailənin hüquqlarının təmin olunmadığı iddia olunurdu. Nəsimi məhkəməsinə şikayətdə həkimlərin məsuliyyəti məsələsi də yer alırdı.

            Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

 

 

Previous Post

ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Next Post

KANALİZASİYA İYİNDƏ “EUROVİSİON”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.