BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (6 iyul) Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim  Çingiz Məmmədovun sədrliyi ilə  keçirilən məhkəmə prosesində gənc fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinin  təmin edilməməsi və ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması  barədə qərar çıxarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) B.  Hacıyevin müdafiəçiləri qrupunun rəhbəri İntiqam Əliyev məlumat verib.

Hüquq müdafiəçisi İ. Əliyev bildirdi ki, hakimin bu qərarını heç də gözlənilməz  hesab etmir və bu qərardan Ali Məhkəməyə şikayət veriləcək.

  Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 mart  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

DEMOKRATİYA İCMASININ 6-CI NAZİRLƏR KONFRANSI KEÇİRİLİB

Next Post

XURAL QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.