AMERİKALI JURNALİST VƏ BRİTANİYALI HÜQUQ MÜDAFİƏÇİSİNİN DÖYÜLMƏSİ İLƏ BAĞLI DİN-Ə MÜRACİƏT EDİLİB

İyunun 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Amerika Birləşmiş Ştatlarının vətəndaşı, jurnalist  Amanda Eriksonun və Böyük Britaniya vətəndaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı, hüquq müdafiəçisi xanım (Celia Davies) Silya Devisin 15 iyun 2011-ci il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsi ilə bağlı məlumatı nəzərə alaraq, Daxili İşlər naziri Ramil Usubova məktubla müraciət edib.  Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda bildirilir ki, ombudsman qeyd olunan məsələni şəxsi nəzarətə götürməyi, təqsirkar şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını və nəticəsi barədə məlumat verilməsini nazirdən xahiş etmişdir.
Qeyd edək ki, Mətbuat Şurası (MŞ)  Amanda Erikson və  Silya Devisin naməlum şəxslərin fiziki təzyiqinə məruz qalmaları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, hadisə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb.  Amanda   Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 20 İYUN 2011

Next Post

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ KİÇİK SAHİBKARLARDAN ASLIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.