HƏBSDƏKİ BLOQÇULARLA BAĞLI ABŞ PREZİDENTİNƏ MÜRACİƏT EDİLİB

Bloggerlər Adnan Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin xanımı Leyla Kərimli ABŞ prezidenti Barak Obamaya açıq məktubla müraciət ediblər.

 Bu barədə bu gün (24 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Hacızadənin atası Hikmət Hacızadə məlumat verib.
H. Hacızadə məktubda  BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində ABŞ dövlət başçısı Barak Obamanın Azərbaycan prezidenti  İlham Əliyevlə görüşü çərçivəsində onun  xuliqanlıqla bağlı saxta ittiham üzrə mühakimə olunmuş bloggerlər Emin Millinin və Adnan Hacızadənin işinə diqqət  yönəltmək barədə xahişin əks olunduğunu bildirdi: “ Biz müraciətimizdə  ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq ictimaiyyət bloggerlərin həbsini pislədiyini, dəfələrlə onların azad olunmasına çağırılmasını qeyd eləmişik. Azərbaycan hakimiyyəti ölkə qanunlarını və Azərbaycanın beynəlxalq öhdəliklərini pozaraq rüsvayçı məhkəmə keçirib:
“Biz sizi İlham Əliyevlə söhbət zamanı bu məsələni qaldırmağa, Emin və Adnanı həbsdən azad etməyə çağırmağa səsləyirik. Sizin səsiniz söz azadlığının müdafiəsinə güclü dəstək ola bilər və həlledici rol oynayar”, – deyə müraciətdə qeyd olunur.
Xatırladaq ki, Adnan Hacızadə və digər blogger Emin Milli və 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib.  Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI VERİLMİŞ XUSUSİ İTTİHAMA XİTAM VERİLDİ

Next Post

VİLNÜSDƏ EYNULLA FƏTULLAYEV BARƏDƏ ÇƏKİLMİŞ FİLM NÜMAYİŞ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.