MÜŞFİQ HÜSEYNOVUN APELLYASİYA MƏHKƏMƏSİ KEÇİRİLDİ

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsindən verilən şikayət üzrə məhkəmə iclası keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxs M.Hüseynov iddiaçı tərəfin vəkilləri Vüqar Xasayev və Ramiz Musayev, zərərçəkmişin nümayəndələri Pərviz Hacıyev və İlqar Abbasov və dövlət ittihamçısı Rahil İsmayılov iştirak edirdi. M. Hüseynovun vəkili V. Xasayev öz çıxışında bildirdi ki, “M.Hüseynov Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə təqsirli bilinib. Həmin maddədə birbaşa göstərilir ki, “vəzifəli şəxs tərəfindən”.  Vəzifəli şəxs dedikdə isə ona hər hansı bir iş tapşırılmış və ya xüsusi bir vəzifəsi olan şəxs başa düşülür. Ancaq onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi haqda VÖEN-i var. Qəzetin baş redaktoru Bahəddin Həziyevlə onun arasında heç bir müqavilə yoxdur. Bundan başqa iyun ayının 18-də zərərçəkmiş MTN-ə müraciət edərək bildirmişdir ki, pulları özü və ailəsi haqqında rüsvayedici məlumatların yazılmaması üçün məlumatı qəzetə çatdıran şəxsə verməyi üçün verib. Daha sonra isə bildirir ki, təhlükəsizlik üçün verib. Məhkəmənin yekununda isə bildirib ki, rüsvayedici yazıların deyil tənqidedici yazıların yazılmaması üçün təklif edib. Bundan əlavə M.Hüseynov özü və iki azyaşlı körpəsi xəstəlikdən əziyyət çəkirlər.  Bütün bunları nəzərə alaraq Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmənin çıxardığı qərarı əsassız hesab edərək məhkəmədən çıxarılan qərarı ləğv etməyi xahiş edirəm”.
Jurnalistin digər vəkili R.Musayev də öz çıxışında həmkarının sözü ilə tamamilə razılaşdığını bildirdi .
Daha sonra təqsirləndirilən şəxs Müşfiq Hüseynov çıxış edərək bildirdi ki, “mənim R.Əliyevlə söhbətimizin stenoqramı var. Həmin stenoqramdan aydın görünür ki, R.əliyev mənə altı dəfə pul təklif edib. Birinci dəfə pulu çap olunan məqalənin əlyazmasını ona verməyim üçün; ikinci dəfə tənqidi yazıların yazılmaması üçün; digər dörd dəfə isə mənbənin adını öyrənmək üçün təkilf edib. Mən pulu götürdükdən sonra o məndən təkidlə pulu saymağımı istədi. Daha sonra aramızda bir neçə dəqiqəlik söhbət oldu. Və mən pulu geri qaytardım. Pulu götürməyimə yeganə səbəb isə ailəsi haqqında yazıların dərc edilməməsi üçün məlumatı çatdıran şəxsə vermək idi. Həmin şəxs isə bu pulları mənbəyə çatdıracaqdır.
Daha sonra zərərçəkmişin nümayəndələri çıxış etdi. İ.Abbasov bildirdi ki, “mən bu qərarı düzgün hesab edirəm. Videoçəkilişə qaldıqda isə orada heç bir montaj yoxdur. Məhkəmədən qərarı qüvvədə saxlamağı xahiş edirəm. digər nümayəndə P.Hacıyevdə həmkarı ilə razı olduğunu bildirdi.  
Dövlət ittihamçısı Rahil İsmayılov öz çıxışında iddianın əsassız olduğunu hesab etdiyindən məhkəmədən iddinın təmin olunmamasını xahiş etdi.
Hazırlıq iclasında RATİ-nin məhkəmədə video və foto çəkiliş aparması üçün hakimə təqdim etdi müraciətlə bağlı hakim bildirdi ki, bu vəsatət təmin olunmur. Hakim son çıxış üçün növbəti məhkəmə prosesini 4 aprel saat 16.00-a təyin edildi.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi.  

Previous Post

EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏQSƏDİLƏ JURNALİSTLƏRİN ACLIQ AKSİYASI DAVAM EDİR

Next Post

Interview with Agil Khalil one day after he was stabbed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.