APELLYASİYA MƏHKƏMƏSİ “XƏZƏR” TV-NİN TƏKZİB VERMƏSİ BARƏDƏ QƏRAR ÇIXARDIB

Dünən (11 mart) Bakı Apellyasiya Məhkəməsi “Xəzər” telekanalının təzminat verməsi barədə qərar çıxardıb. Bu barədə “Azadlıq” qəzetinin bugünkü sayında  xəbər verilib.

Belə ki, “Xəzər” TV-nin efirində, Gəncə şəhər sakini Zəkiyyə Həziyevanın dələduzluqda ittiham olunaraq həbs olunması barədə süjet yayımlanıb.  Z. Həziyeva isə bu süjetin gəncə Şəhər Polis İdarəsinin sifarişi ilə hazırlandığını iddia edərək Nərimanov Rayon Məhkəməsində “Xəzər” TV-ə qarşı iddia qaldırıb. Z. Həziyeva birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq Apellyasiya məhkəməsinə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şikayət araşdırılıb və Nərimanov Məhkəməsinin qərarı ləğv edilib. Belə ki, Apellyasiya məhkəməsi “Xəzər” televiziyasına Z. Həziyeva barəsində yayımladığı süjeti təkzib etmək və dəymiş mənəvi ziyana görə iddiaçıya təzminat ödəmək barədə qərar çıxardıb.

Məlumatı dəqiqləşdirmək üçün “Xəzər” televiziyası ilə əlaqə saxlanılıb. Özünü telekanalın hüquqşünası kimi təqdim edən Şükrü adlı şəxs Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin yalan məlumat verdiyini bildirib.

Previous Post

FREEDOM HOUSE BİR DAHA AZƏRBAYCANI “QEYRİ AZAD” BƏYAN EDİB

Next Post

ASI KLUBUNUN REFERENDUMLA ƏLAQƏDAR KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.