HƏBS EDİLƏN BAŞ REDAKTOR İŞGƏNCƏYƏ MƏRUZ QALIB

“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev həbs edildikdən sonra işgəncələrə məruz qalıb. Bu barədə bu gün (28 may)   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N.Əliyevin vəkili Anar Qasımlı məlumat verib.

Vəkil qeyd edib ki, O Yasamal rayon Polis  İdarəsinə aparıldıqdan sonra idarədə polis əməkdaşları tərəfindən döyülərək, fiziki təzyiqə məruz qalıb. “Baş redaktor elə bir işgəncəyə məruz qalıb ki, gözlə baxanda  bədənində  hər hansı iz görünmür. Onu baş redaktoru olduğu saytda “gey”-lərlə bağlı  mütəmadi olaraq yazılar dərc etməkdə ittiham ediblər”, – deyə qeyd edən A.Qasımlı habelə  N.Əliyevi şantaj edildiyini bildirib.

“Nicata bildiriblər ki, ya narkotik ittihamını boynuna alacaqsan, ya da ki, ondan da ağır cinayətlə  boynuna qoyacaqlar və  5 ildən çox müddətə onu  həbsə atacaqlar. Habelə ona deyilib ki,  əgər narkotik ittihamını  boynuna almasa, evindən narkotik maddə çıxardacağıq, bu da ailə üzvlərinin də ittihamına səbəb olacaq”,  – deyə qeyd edən vəkil əlavə edib ki, müdafiə tərəfi olaraq bununla bağlı müvafiq hüquqi addımlar  atılacaq.

Xatırladaq ki, 2012-ci may ayının  20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı  Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində  həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.

Previous Post

28 MAY RESPUBLIKA GÜNÜ İLƏ BAĞLI PROFESSOR SABİR MƏMMƏDLİ İLƏ MÜSAHİBƏ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.