MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN OLUNMADI

Aprelin 11-də  Bakı Apellyasiya  Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı barəsində Səbail rayon Məhkəməsinin 04 aprel tarixində çıxardığı qərara əsasən  apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə RATİ-yə  Hacılının vəkili Əsabəli Mustafayev məlumat verib.

Eyni zamanda bu gün Bakı Apellyasiya  Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində Səbail rayon Məhkəməsinin  04 aprel tarixində çıxarılmış qərarından verilən  apellyasiya şikayətinə baxılıb.

Prosesdən sonra gənc fəalın vəkili Anar Qasımov RATİ-yə   bu şikayətin də təmin edilmədiyini bildirib.

Xatırladaq ki,  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı  və  Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı aprelin 2-də keçirilən  mitinqdə saxlanılıblar və  barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Müxalifətçilər  Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) günahlandırılırlar.

Previous Post

İNFORMASİYA AGENTLİKLƏRİNİN SAYTLARI HAKER HÜCUMUNA MƏRUZ QALIB

Next Post

SEÇKİ MÜŞAHİDƏSİ ZAMANI TƏZYİQLƏ ÜZLƏŞƏN JURNALİSTİN İDDİASI TƏMİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.