“ARTICLE 19” CƏNUBİ QAFQAZDA JURNALİSTLƏRƏ QARŞI HÜCUMLARDAN NARAHATDIR

Söz azadlığı uğrunda “ARTICLE 19” ümumdünya təşkilatı Azərbaycan, Ermənistan və Gürcüstanda jurnalistlərə qarşı zorakılıq hallarının artmasından çox narahatdır.

Təşkilatın 15 may 2009-cu ildə yaydığı press-relizə əsasən, əvvəllər baş vermiş hücumların istintaqının müstəqil şəkildə və vaxtında aparılmaması cinayətkarlar üçün cəzasız qalma ab-havası və bu ölkələrdə işləyən jurnalistlər arasında isə qorxu yaratmışdır.
Press-relizdə Azərbaycanda, Bakıda Gül Bayramında jurnalistlərə qarşı güc tətbiq edilməsi və eləcə də 30 aprel 2009-cu ildə ali məktəbdə baş vermiş silahlı hadisə barədə adekvat məlumat verilməməsi də qeyd edilib.
“ARTICLE 19” Azərbaycan hökumətini bu il “Gül Bayramı” ətrafında jurnalistlərə qarşı baş verən  polis zorakılığının müstəqil istintaqının aparılması üçün şərait yaratmağa və jurnalistlərə və dinc nümayişçilərə qarşı polis hücumunun təcili təhqiqatını aparmağa çağırır. Sadəcə öz ifadə azadlığı hüququndan istifadə edən ictimaiyyət üzvləri döyülmüş və təxminən 50 nəfər nümayişçi bir neçə saatlıq həbs edilmişdir.
“ARTICLE 19” həmçinin  Bakıda aprelin 30-da Dövlət Neft Akademiyasında 13 nəfərin öldürülməsi üzrə istintaqın tapıntıları barədə tam açıqlama verməyə çağırır. Azərbaycan ictimaiyyətinin nə baş verdiyini və görünməmiş qırğın hadisəsinin günahkarlarının kim olduğunu bilməyə haqqı var.
 
Bəyanatı bütövlükdə burada oxumaq olar:
Previous Post

ENGLISH LANGUAGE TRANSLATION OF ARTICLE THAT LED TO EXPULSION OF P. AZIMOV

Next Post

ABŞ PREZIDENTİ OBAMA: “MEDİA DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN VACİBDİR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.