· ƏVƏZ ZEYNALLI 42 YAŞINI MƏHBƏSDƏ QEYD ETDİ

ƏVƏZ ZEYNALLI 42 YAŞINI MƏHBƏSDƏ QEYD ETDİ
Bu gün (16 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik
İnstitutunun mətbuat mərkəzində “Xural” qəzetinin təsisçisi və baş
redaktoru Əvəz Zeynallının istintaq işi ilə bağlı mətbuat konfransı
keçirilib.

Toplantıda ilk olaraq çıxış edən “Turan” informasiya
agentliyinin rəhbəri Mehman Əliyev yaxın günlərdətə Ə.Zeynallının
həbsi ilə bağlı ictimai təhqiqat qrupunun apardığı araşdırmaların
nəticələrini açıqlanacağını deyib.
Daha sonra çıxış edən “ASİ” (“Xural”) qəzetinin baş redaktoru,  Anar
Mahmudoğlu Zeynallının həbsinin azad söz ocağını söndürmək məqsədi
daşıdığını, həbsdən sonra qəzetin əməkdaşlarına olan təzyiqi mənfi hal
kimi dəyərləndirdiyini ifadə etdi: “Ə. Zeynallı həbsinin siyasi
sifariş əsasında olması şübhəsizdir, istintaq  faktları sübut
etməyib”, – deyə o bildirib.
 Siyasi Azadlıqları Müdafiə Alyansının rəhbəri Anar Məmmədli isə
yerli demokratik  ictimaiyyətin Ə. Zeynallını müdafiə etdiyini, eləcə
də bu məsələnin beynəlxalq təşkilatların diqqətində olduğunu dedi.

Ə. Zeynallının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov isə
istintaqın gedişi barədə məlumat verib.

Daha sonra tədbir iştirakçıları, media nümayəndələri  həbsdə olan baş
redaktoru  doğum  günü ilə bağlı təbrik ediblər. Qeyd edək ki, bü gün
Ə.Zeynallının 42 yaşı tamam oldu.

Previous Post

Tural Abbaslının anası həbs olunub

Next Post

Tural Abbaslının anası həbs olunub – 2 hissə YENİ VİDEO REPORTAJ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.