DÖVLƏT İTTİHAMÇISININ ƏVƏZ ZEYNALLIYA SUALLARI YEKUNLAŞIB

Dekabrın 5-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə proses davam etdirilib. Bu dəfə dövlət ittihamçısı baş redaktora cinayət işində şahid kimi tanınan şəxslərlə bağlı suallar verib.

Prokuror Zeynallının həmin şəxslərlə münasibətləri, onlardan rüşvət tələb edilməsi ilə bağlı ibtidai istintaqa verdikləri ifadələrlə əlaqədar fikirlərini öyrənməyə çalışıb. Prosesin gedişində prokurorla Əvəz Zeynallı arasında insident yaranıb və buna görə də hakim prosesdə iki dəfə fasilə elan edib. Əvəz Zeynallı heç kəsdən heç vaxt rüşvət istəmədiyini, bununla bağlı ifadə vermiş şəxslərin istintaqa ifadə verməyə məcbur edildiyini bildirib. O ötən prosesdə şahid kimi ifadə verən Aydın Heydərovun zalı tərk edərkən “məni istintaqa da zorla aprmışdız, bura da zorla gətirmisiz” dediyini xatırlatdı.

Baş redaktor vergidənyayınma ilə bağlı sualları da cavablandırdıqdan sonra prokuror suallarının yekunlaşdığını bildirib.
Növbəti proses dekabrın 12-də saat 14:00-da keçiriləcək.
 Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir. Baş redktor haqqında qaldırılan iddiaları qəbul etmir. Beynəlxalq Jurnalist təşkilatları Əvəz Zeynallının həbsini peşə fəaliyyətilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.

Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İNSİDENT YAŞANDI

Next Post

HƏBSDƏ OLAN ŞƏXSLƏRİN HÜQUQLARI İLƏ BAĞLI İCTİMAİ DİNLƏMƏ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.