ƏVƏZ ZEYNALLI MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB

Oktyabrın 30-da Nərimanov rayon məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiasına baxılıb. Prosesdə Ə.Zeynallının nümayəndəsi Zibeydə Zəkəriyyəyevanın baş redaktorun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatəti təmin edilməyib.  Hakim Məzahir Sadıqov Əvəz Zeynallının fiziki şəxs kimi iddia qaldırdığını, lakin nümayəndəyə verilmiş etibarnamənin qəzetin adından olduğunu bildirib. O, iddiaçı tərəfin  dəqiqləşdirilməsi ilə bağlı prosesi 13 noyabr saat 11:30-a təxirə salıb.

Belə ki, Əvəz Zeynallı Mətbuat Şurasının “Xural” qəzetunun qara siyahıya salınması ilə bağlı 19 sentyabr 2011-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və 22 sentyabr tarixli bəyanatında səsləndirilən fikirlərin qəzetin işgüzar nüfuzuna zərər vurduğuna görə təzminat ödənilməsini tələb edir.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, redaktorun ondan pul tələb etdiyini bildirib. Onun ərizəsi əsasında 2011-ci il oktyabrın 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə.Zeynallının barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.
Habelə, hazırda Gülər Əhmədova özü korrupsiya subyektinə çevrilib. Bir neçə gün bundan əvvəl o deputat mandatından məhrum edilib. Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevi qanunsuz yolla parlamentə deputat seçdirmək üçün ondan  külli miqdarda rüşvət istəyib. Baş Prokurorluq onun barəsində 178.3.2-ci maddə  (dələduzluq) ilə cinayət işi qaldırıb.

Previous Post

ŞƏHƏR SAKİNLƏRİNİN RALLİ YARIŞLARINA MÜNASİBƏTİ

Next Post

SƏHMDARLAR ƏMLAK KOMİTƏSİNİ MƏHKƏMƏYƏ VERİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.