Avropa İnsan Hüquqları Məhkəməsi “Nardaran işi” üzrə qərar hazırlayır

Avropa İnsan Hüquqları Məhkəməsi yaxın vaxtlarda “Nardaran işi” də daxil olmaqla, Azərbaycandan 10 ərizə üzrə üç qərarı elan edəcək. Bu barədə Turan-a Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağəliyev bildirib. Onun sözlərinə görə, bu işlərdə işgəncə, pis rəftar, ədalətsiz məhkəmə araşdırması, əmlakın pozulması və digər pozuntulardan şikayətlər  yer alıb.

“Cabbar Cabbarov və digərləri Azərbaycana qarşı” işində ərizəçilər “Nardaran işi” adlanan iş üzrə mühakimə olunanlardır. Onlar 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı həbs ediliblər. Daha sonra Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdarları saxlanılıb.

Ərizəçilərin hamısı saxlanma və həbs zamanı pis rəftardan və etiraf etməyə məcbur edilməkdən şikayət edirlər.

“İlqar Rzayev Azərbaycana qarşı” işində ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvüdür, daşınmaz əmlak firmasında çalışıb.

2012-ci ilin aprelində “İctimai Palata” müxalifət hərəkatının mitinqində Rzayevin anası hökumət əleyhinə şüarlarla çıxış edərək dövlət başçısını “korrupsioner və diktator” adlandırıb. Bir neçə gün sonra ərizəçi həbs edilərək Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb və heroin saxlamaqda ittiham olunub. Mənzilə baxış zamanı ondan heroin aşkar ediblər və o 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun və effektiv hüquqi müdafiə vasitəsi hüququnun pozulmasından şikayət edir (Avropa Konvensiyasının 6 və 14-cü maddələri).

“Zöhrə Hacıyeva Azərbaycana qarşı” işində mülkiyyət hüququnun pozulması məsələsi qaldırılır. Ərizəçinin əmlakı dövlət ehtiyacları üçün özgəninkiləşdirilib. Ona kompensasiya ödənilib, lakin nəzərdə tutulan 20 faiz əlavə ödəniş olmayıb.

Previous Post

The ECHR is preparing a decision on the Nardaran case

Next Post

PFPA activist Orkhan Bakhyshly arrested for 30 days

Start typing to see posts you are looking for.