“AYAN” QƏZETİ İLƏ BAĞLI APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Dünən (18 noyabr) Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Viləşçay” Su Anbarının direktoru Ağabəy Ağayevin “Ayan” qəzetinə qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Ayan” qəzetinin baş redaktoru Cavid Ələsgəroğlu məlumat verib.
C.Ələsgəroğlu proses barədə əvvəlcə məlumatlandırılmadığını, yalnız proses keçiriləndən sonra ona Apellyasiya məhkəməsindən telefon vasitəsilə xəbər verildiyini bildirib: “Apellyasiya məhkəməsindən zəng vurub bildirdilər ki, iş üzrə ilkin baxış keçirilib və mahiyyəti üzrə baxış üçün proses 25 noyabr saat 10:00-a təyin edilib”.
Xatırladaq ki, Heydər Əliyev adına “Viləş” Su Anbarının direktoru Ağabəy   Ağayev “Ayan” qəzetində dərc olunmuş “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı yazıda gedən fikirləri böhtan hesab edərək qəzetin  50 min manat cərimə edilməsi və təkzib verməsi ilə bağlı iddia qaldırmışdı. Lakin Nəsimi rayon məhkəməsinin 9 oktyabr tarixli qərarına əsasən iddia əsassız hesab edilərək təmin olunmamışdı. İddiaçı tərəf qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

Previous Post

“HÜRRİYYƏT” QƏZETİNİN REDAKTORU OĞLUNUN HƏBSİ İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVLA BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.