QƏNİMƏT ZAHİDİN ÜZƏRİNDƏN MƏHKUMLUĞU GÖTÜRÜLMƏDİ

Bu gün (16 sentyabr) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə  “Azadlıq” qəzetinin baş redaktoru Qənimətin Zahidin (Zahidov) iddiası üzrə məhkəmə prosesi sona çatıb. Hakim baş redaktorun iddiasının təmin edilməməyi barədə qərar çıxarıb. 

Prosesdən sonra baş redaktor RATİ-yə  hakimin bu qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Qənimət Zahid üzərində olan məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə   müraciət etmişdi.

Xatırladaq ki, Qənimət Zahid Cinayət Məcəlləsinin  127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi. Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il arixli əfv sərəncamı ilə azadlığa buraxılıb.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.
Previous Post

EYNULLA FƏTULLAYEVİN BAKI ŞƏHƏR PROKURORLUĞUNA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Next Post

PENİTENSİAR XİDMƏT MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.