
“Mediaforum” saytına artıq qurumun ilk iclasının keçirildiyini deyən A. Quliyev toplantıda şuranın rəhbərliyinin formalaşdırıldığı bildirib.
Qurumun sədr müavini vəzifəsinə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov, katib vəzifəsinə isə Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Vüqar Məcidli seçildi. Quliyev yeni vəzifəyə seçilməsi ilə əlaqədar Milli QHT Forumunun prezidenti vəzifəsindən istefa verəcəyini söyləyib və məsələ ilə bağlı yaxın günlərdə MQF İdarə Heyətinin fövqəladə iclası keçiriləcəyini də vurğulayıb.