AZƏRBAYCAN İNTERNET FORUMU KEÇİRDİYİ MONİTORİNQİN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Azərbaycan İnternet Forumu (AİF) ölkənin internet bazarında 1 fevral 2009-cu il tarixində həyata keçirilən qiymət endirimindən sonrakı vəziyyəti araşdırmaq məqsədi ilə  monitorinq keçirib.

Bu barədə AİF- rəhbəri Osman Gündüz monitorinqin birinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. Qiymət endirimlərindən sonra müəyyən müsbət irəliləyişlərin olduğunu bildirən O. Gündüz onu da bildirdi ki, endirimlərdən sonra bütövlükdə ölkənin internet istifadəçiləri üçün hələ də normal və münbit durumun yaranmasını demək olmaz. O, qeyd edib ki, əksər provayderlərdə endirimdən əvvəlki qiymətə uyğun olan sürətin 2 dəfə artırıldığı elan edilsə də, əslində real olaraq əldə olunan sürət xeyli aşağıdır.
Sonda AİF prezidenti provayderlərə modemlərin pulsuz verilməsini, aylıq ödənişsiz, yalnız aldığı trafikin həcminə uyğun, qoşulma haqqı olmayan xidmətlərin kompaniyasını aparmağı tövsiyə etdi.
Previous Post

RATİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.