“AZƏRBAYCAN CÜMHURİYYƏTİ” QƏZETİNİN TƏSİSÇİSİ HƏBS OLUNUB

“Turan” İnformasiya Agentliyinin polisdəki mənbələrə istinadən yaydığı  məlumata görə, “Azərbaycan Cümhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov millət vəkili Əhəd Əhmədovdan rüşvət alarkən tutulub.

Mənbə bildirib ki, jurnalist deputat barədə ifşaedici məqalə çap etməmək üçün əvəzində rüşvət tələb edib.
APA-nın hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə isə Nüsrət Rəhimov Ə. Əhmədovdan 3000 ABŞ dolları tələb edib.
Məsələ ilə əlaqədar RATİ gün ərzində qəzetin redaksiyasına zəng vursa da, redaksiyadan zənglərə cavab verilməyib.

Previous Post

ELAN

Next Post

“TRT” TELEKANALI İLƏ YENİ MÜQAVİLƏ İMZALANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.