AZƏRBAYCAN NƏŞRİYYATI QİYMƏTLƏRİ BAHALAŞDIRDI

"Azərbaycan" Nəşriyyatında qəzetlərin icarəyə götürdüyü otaqların kirayə haqqı bahalaşıb.

Bu barədə məlumatı "Olaylar” informasiya agentliyinə qəzet redaktorları verib. Məlumata görə, nəşriyyatın rəhbərliyi tərəfindən icarə haqlarının bahalaşmasına heç bir əsas gətirməyib. Bundan başqa, nəşriyyatda fəaliyyət göstərən çap mətbəəsində də qəzetlərin çap xərci bahalaşıb. Ümumilikdə icarə və çap xərcləri 25 faiz bahalaşıb.
RATİ-nin əməkdaşı ilə telefon söhbətində “Bakı xəbər” qəzetinin baş redaktoru qiymət artımı ilə bağlı məlumatı təsdiq etdi: “Həm kağızın, həm çap məhsullarının qiyməti, həm də icarə haqqı olduqca bahalaşıb. Ona görə də biz qəzetimizi mümkün qədər ucuz qiymətə nəşr etmək üçün alternativ variantlar axtarırırq”.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da qiymət artımı ilə bağlı məlumatı təsdiq etsə də, o, hələlik kommunal xərclərin artırıldığını dedi.
“Olaylar”ın məlumatına görə redaktorlar məsələ ilə bağlı "Azərbaycan" nəşriyyatının direktoru və Mətbuat Şurasının sədrinə rəsmi müraciətlər ünvanlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, məsələ ilə bağlı araşdırmalar aparılacaq və bununla bağlı bir qrup media rəhbərinin "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərovla görüşünü təşkil edəcək.
Previous Post

ELAN!

Next Post

Merhum jurnalist Cingiz Mustafayevin dogum gunu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.