“Artıq televiziyalar kütləvi şəkildə şou proqramlar adı altında “xaltura”ya keçiblər”.
Bu sözləri Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov “Şərq” qəzetinə müsahibəsində deyib: “Bunun qarşısı ciddi şəkildə alınmalıdır”, – deyə vurğulayan Sadıqov televiziya kanallarında şou xarakterli səviyyəsiz verilişlərin birbaşa Azərbaycan xalqına, onun yeniyetməsinə, gəncliyinə ünvanlandığını da deyib. Bu səbəbdən də o hesab edib ki, televiziyaların özəl ad altında tam müstəqilliyi mümkün deyil:
“Ölkədə söz və mətbuat azadlığı olsa da, özəl kanal sərbəst fəaliyyət göstərsə də, məhz verilişlər cəmiyyətə ünvanlandığı üçün redaktə olunmalıdır və televiziyalara mütləq dövlət nəzarəti lazımdır”, – deyə Sadıqov əlavə edib. Baş redaktor hesab edir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan milli-mənəvi dəyərlərinə zərbə vuran, gənclərin tərbiyəsini korlayan verilişləri dayandıra bilər.