ƏDLİYYƏ NAZİRLİYİ NÖVBƏTİ DƏFƏ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

İyun ayının 24-də Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Lətifə Məlikovanın Ədliyyə Nazirliyinə (ƏN) qarşı “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin qeydiyyata alınmaması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının səlahiyyətli nümayəndəsi, Hüquq Maarifçilik Cəmiyyətinin vəkili Sadiq Bağırov məlumat verib.

  S.Bağırov bildirib ki, cavabdeh tərəf ikinci dəfə prosesdə iştirak etməyib. “Ədliyyə Nazirliyi ictimai birliyin qeydə alınmaması üçün sənədlərdəki çatışmazlıqları səbəb göstərdiyi üçün, “Dövlət reyestri haqqında” Qanunun 8.3 maddəsinə əsasən tərtib olunmuş sənədlərindəki çatışmazlıqların ayırd edilməsi ilə bağlı vəsatət qaldırdıq” – deyən vəkil bildirdi ki,  hakim vəsatətə növbəti prosesində – 1 iyul saat 14:30-da baxılacağını deyib.
 Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdir.
Previous Post

ARZU ABDULLAYEVA JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI BAŞ PROKURORA MÜRACİƏT EDİB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU KİV-LƏ BAĞLI QANUN DƏYİŞİKLİKLƏRİNİN MİLLİ MƏCLİSİN GÜNDƏLİYİNDƏN ÇIXARILMASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.