Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupunun ilkin HESABATI

Bakı şəhəri                        tarix:11.01.2012

 İctimai Təhqiqat Qrupunun yaradılmasının səbəbləri    2
 Əvəz Zeynallıya qarşı irəli sürülən ittiham    2
 Əvəz Zeynallının həbs edilməsi    2
 Əvəz Zeynallının həbsi zamanı baş verən qanun pozuntuları    3
 Məcburi gətirilmə ilə bağlı aşağıdakı qanun normaları pozulub:    4
 Maddə 178. Məcburi gətirilmə    4
 Qanun hansı şəkildə pozulub:    5
 Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsi pozulub    5
 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında    6
 Konvensiyanın 5-ci maddəsinin pozuntusu    6
 Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ    6
 Cinayət Prosessual Məcəllənin həbs qətimkan tədbiri ilə bağlı tələbləri pozulub    7
 Hakim qərarda nə üçün belə nəticəyə gəldiyini izah etməyib.    8
 Həbs qətimkan tədbirinin seçilməsi daxili qanunlara ziddir və qanuni deyil.    9
 5-ci maddənin 1 (c) bəndi ilə 3-cü bəndi qanunsuz həbslərə qarşı müdafiəni təmin edir və şəxsi qanunsuz və əsassız həbslərdən qoruyur.    10
 Şəxsin gizlənməsi təhlükəsi    11
 Gülər Əhmədovanın iddiası    16
 Məhkəmə zamanı baş verən qanun pozuntuları    19
 ƏvəzZeynallının istintaqına əlavə şəxslərin cəlb edilməsi    21
  Əvəz Zeynallının, “Xural” ın əməkdaşlarının telefon danışıqlarının dinlənilməsi ……..23
  “Xural” qəzetinin  əməkdaşlarının təqib edilməsi    24
 Daxili işlər nazirinin Əvəz Zeynallıya təklifləri    27
 Yüksək vəzifəli şəxslərin “Xural” qəzetinə qarşı qaldırdıqları məhkəmə iddiaları    27
 Mətbuat Şurasının “Xural” qəzetini qara siyahıya salması    29
  “Xural” qəzetinin əmlakının müsadirə edilməsi    30
 Ədliyyə Nazirliyinin (ƏN) açıqlamaları    30
 Əvəz Zeynallının müdafiəsinin məhdudlaşdırılması    31
 Əvəz Zeynallının vəsatətlərinin təmin edilməməsi    35
  “Xural” qəzetinin nəşrinə qeyri- rəsmi qadağa qoyulması faktı    36
  “ASİ” qəzetinin nəşrinə qeyri -rəsmi qadağa qoyulmasıs    36
  “Xural” qəzetində hakimiyyəti tənqid edən məqalələr    36
 Dövlət və hakimiyyət yönlü qəzetlərdə Əvəz  Zeynallı və “Xural” qəzetinin digər əməkdaşlarına qarşı aparılan qara PR kompaniyası    37
 Əvəz Zeynallının qısa tərcümeyi- halı (Arayış)    38
  “Xural” qəzetinin siyasi yönümü (Arayış)    38

  Preventiv Cavab Qrupu yaradılmasının səbəbləri

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 28 oktyabr 2011-ci il tarixində həbsi edilməsi zamanı ciddi qanun pozuntularına yol verilib. Eyni zamanda həbsdən əvvəl Ə. Zeynallı və “Xural” qəzeti Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli məmurlar tərəfindən davamlı olaraq haqsız basqılara məruz qalıb.
Ə. Zeynallının həbsi zamanı və həbsdən öncə üzləşdiyi basqıları nəzərə alaraq  Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun(RATİ) nəzdində Ə. Zeynallının işi ilə bağlı “Preventiv cavab qrupu” yaradılıb.

 Əvəz Zeynallıya qarşı irəli sürülən ittiham

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Tapdıq oğlu Zeynallıya qarşı Azərbaycan Respublikası(AR) Cinayət Məcəlləsinin(CM) 311.3.3 və 311.3.4 maddələri ilə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasına  Milli Məclisin(MM) deputatı Gülər Əhmədovanın Ə. Zeynallı barəsində verdiyi şikayət əsas göstərilib. 28 oktyabr 2011-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə. Zeynallı barəsində 3 aylıq  həbs – qətimkan tədbiri seçilib.  04 noyabr 2011-ci il tarixində Ə.Zeynallıya Sabir Tarverdiyevin və Xanoğlan Muxtarovun ərizələri əsasında CM-nin 311.3.2-ci maddəsi ilə əlavə  ittiham irəli sürülüb.

 Əvəz Zeynallının həbs edilməsi

Ə. Zeynallı 28 oktyabr 2011-ci il tarixində saat 17: 00 radələrində “Kanal- 13” internet televiziyasının qarşısında naməlum şəxslər tərəfindən oğurlanıb.  Saat 18:00 radələrində “Kanal-  13” internet televiziyasının əməkdaşı Aynur İmanova Ə. Zeynallının naməlum şəxslər tərəfindən zorla maşına mindirilərək naməlum istiqamətə aparılması barədə “Xural” qəzetinin redaksiyasına məlumat verib. A. İmanova məlumatı redaksiyaya gec verməsini Ə. Zeynalının sözünə inanmaması ilə izah edib. A. İmanova “Preventiv cavab qrupu”nun  üzvü Əfqan Muxtarlıya verdiyi ifadəsinə deyib ki, Ə. Zeynallı ilə zarafatları olub: “Həmİn gün Əvəz Zeynallını “Xural” qəzetinin əmlakının müsadirə edilməsi haqda müsahibə verməsi üçün televiziyaya dəvət etmişdik. Veriliş canlı efirə getdiyindən Əvəz Zeynallı saat 17: 00-da televiziyanın yerləşdiyi binada olmalı idi. Lakin o gecikirdi. Mənə zəng edərək dəqiq ünvanı soruşdu. Bir müddət gəlmədiyini görüb ona zəng etdim. Bildirdi ki, televiziyanın yerləşdiyi binanın qarşısındadır. 10-15 dəqiqə gözlədim, lakin gəlmədi. Daha sonra ona bir də zəng etdim. Mənə bildirdi ki, iki nəfər naməlum şəxs onu tutub aparır.
Onda onun sözünə inanmamışdım. Veriliş başa çatdıqdan sonra bir daha Əvəzə zəng etdim. Zəngimə cavab vermədi. Bundan sonra narahat oldum və “Xural” qəzetinin redaktoru Razi Abbasbəyliyə zəng edib məlumat verdim”.  
Hadisə barədə məlumat alan “Xural” qəzetinin kollektivi dərhal  Daxili İşlər Nazirliyinin(DİN) “102” xidmətinə zəng edərək, Ə. Zeynallının oğurlanması barədə məlumat verib. DİN Ə. Zeynallının oğurlanması faktını araşdırmaq üçün 19-cu Polis Bölməsində operativ əməliyyat – axtarış qrupu yaradıb. Əməliyyat axtarış qrupunun rəhbəri “Xural”  qəzetinin redaksiyasının 012-566-18-60 nömrəli telefonuna bir neçə dəfə zəng edərək Ə. Zeynallının oğurlandığı yer, şərait və onunla olan şəxslər barədə ətraflı məlumat alıb. 19-cu Polis Bölməsindən redaksiyaya bildirilib ki, DİN ən qısa zamanda Ə. Zeynallının tapılması barədə xüsusi göstəriş verib.
Saat 21:30 radələrində RATİ-nin əməkdaşları  Ə. Zeynallının  Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olması barədə məlumat əldə edib. İdarəni mühafizə edən polis əməkdaşları binanın qarşısına toplaşan jurnalistlərə Ə. Zeynallının məhkəməyə aparıldığına  dair məlumat veriblər. Jurnalistlərin 3 saatlıq axtarışından sonra Ə. Zeynallının Nəsimi Rayon Məhkəməsinə aparıldığı məlum olub.

 Əvəz Zeynallının həbsi zamanı baş verən qanun pozuntuları

Ə. Zeynallıya hansı qurum tərəfindən həbs olunması ilə bağlı ona heç bir məlumat verilmədən, hüquqları ilə bağlı xəbərdarlıq edilmədən, küçədə məcburi qaydada maşına mindirilib və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirilib. Bu zaman aşağıdakı qanun pozuntuları baş verib:

Cinayət işi 19 oktyabr 2011-ci il tarixdə başlanıb və cinayət işinin başladılması haqqında Əvəz Zeynallıya  məlumat verilməyib. Halbuki, Azərbaycan Respublikası (bundan sonra AR) qanunlarına əsasən, xəbərdarlıq edilmədən hər hansı bir şəxs prosessual məcburiyyət tədbirlərinə məruz qoyula bilməz.

 Məcburi gətirilmə ilə bağlı aşağıdakı qanun normaları pozulub:

Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

CPM-nin 178-ci maddəsində göstərilir:
 Maddə 178. Məcburi gətirilmə
178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
178.2.4. daimi yaşayış yeri olmadıqda.
178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir.
178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

 Qanun hansı şəkildə pozulub:

 Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsi pozulub

12. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyanın 28-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 5-ci hissəsinə görə, bu Konstitusiyanın heç bir müddəsı insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Deməli, hüquqa müdaxilə hər hansı şəxsin bu hüququ məhdud düşünməsindən deyil, mütləq qanundan və zərurətdən irəli gəlməlidir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 4-cü maddəsi pozulub

13. Preambulasda deyildiyi kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (İHAK) uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun (24 dekabr 2002-ci il,  № 404-IIKQ) 3.4-ci maddəsinə görə, İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Konstitusiya Qanununun 4-cü maddəsi şəxsin həbsə alınmasına qoyulan məhdudiyyətləri müəyyən edib.

Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər
4.1. Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula, həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:

4.1.3. şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;

4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.
4.3. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirəsalmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.
4.4. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər.
4.5. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.

 İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
 Konvensiyanın 5-ci maddəsinin pozuntusu

14. Konstitusiyanın 12-ci maddəsinin 2-ci bəndi Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edildiyini deyir. Beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir, normativ hüquqi aktlar iyerarxiyasında Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlardan sonrakı yeri tutur.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (Avropa İnsan Haqları Konvensiyası (1950)) Avropa Şurasının üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Konvensiyanın 46-cı maddəsinə əsasən, yüksək ali razılığa gələn tərəflər (Konvensiyanı ratifikasiya etmiş dövlətlər) Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi yurisdiksiyasını qəbul edir və onun qərarlarının icrasını təmin edirlər. Azərbaycan Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da göstərilir ki, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır və tətbiq edir.

Ali Məhkəməsi Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası  müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” həmin qərarının 2-ci bəndində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı işlərə baxan məhkəmələrə tövsiyyə edir ki, yerli qanunvericiliklə yanaşı, Avropa Konvensiya müddəalarını rəhbər tutsunlar və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etsinlər.

15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur, həmin maddədə deyilir:

 Mad¬də 5. Azad¬lıq və to¬xu¬nul¬maz¬lıq hü¬qu¬qu

1. Hər kə¬sin azad¬lıq və şəx¬si to¬xu¬nul¬maz¬lıq hü¬qu¬qu var¬dır. Heç kəs qa¬nun¬la mü¬əy¬yən olun¬muş aşa¬ğı¬da¬kı hal¬lar¬dan və qay¬da¬dan baş¬qa, azad¬lıq¬dan məh¬rum edi¬lə bil¬məz:

c) hü¬quq po¬zun¬tu¬su¬nun tö¬rə¬dil¬mə¬sin¬də əsas¬lı şüb¬hə ilə bağ¬lı şəx¬sin sə¬la¬hiy¬yət¬li məh¬kə¬mə or¬qa¬nı qar¬şı¬sın¬da dur¬ma¬sın¬dan irə¬li gə¬lən və ya onun tə¬rə¬fin¬dən tö¬rə¬di¬lən hü¬quq po¬zun¬tu¬su¬nun, ya¬xud tö¬rət¬dik¬dən son¬ra onun giz¬lən¬mə¬si¬nin qar¬şı¬sı¬nı al¬maq üçün ki¬fa¬yət qə¬dər zə¬ru¬ri əsas¬lar ol¬du¬ğu¬nun he¬sab edil¬di¬yi hal¬lar¬da şəx¬sin qa¬nu¬ni tu¬tul¬ma¬sı və ya həb¬sə alın¬ma¬sı;

2. Tu¬tul¬muş hər bir kə¬sə ona ay¬dın olan dil¬də onun tu¬tul¬ma¬sı¬nın sə¬bəb¬lə¬ri və ona qar¬şı irə¬li sü¬rü¬lən is¬tə¬ni¬lən it¬ti¬ham ba¬rə¬də dər¬hal mə¬lu¬mat ve¬ri¬lir.
3. Bu mad¬də¬nin I bən¬di¬nin «c» ya¬rım¬bən¬di¬nə mü¬va¬fiq ola¬raq tu¬tul¬muş və ya həb¬sə alın¬mış hər kəs dər¬hal ha¬ki¬min və ya qa¬nun¬la məh¬kə¬mə ha¬ki¬miy¬yə¬ti¬ni hə¬ya¬ta ke¬çir¬mək sə¬la¬hiy¬yə¬ti ve¬ril¬miş di¬gər və¬zi¬fə¬li şəx¬sin ya¬nı¬na gə¬ti¬ri¬lir və ağ¬la¬ba¬tan müd¬dət ər¬zin¬də məh¬kə¬mə araş¬dır¬ma¬sı və ya məh¬kə¬mə¬yə qə¬dər azad edil¬mək hü¬qu¬qu¬na ma¬lik¬dir. Azad edil¬mək məh¬kə¬mə¬yə gəl¬mə tə¬mi¬nat¬la¬rı¬nın təq¬dim edil¬mə¬si ilə şərt¬lən¬di¬ri¬lə bi¬lər.
4. Tu¬tul¬ma və ya həb¬sə al¬ma nə¬ti¬cə¬sin¬də azad¬lıq¬dan məh¬rum edil¬miş hər kəs onun
həb¬sə alın¬ma¬sı¬nın qa¬nu¬ni¬li¬yi¬nə məh¬kə¬mə tə¬rə¬fin¬dən tə¬xi¬rə sa¬lın¬ma¬dan ba¬xıl¬ma¬sı
hü¬qu¬qu¬na və əgər onun həb¬si məh¬kə¬mə tə¬rə¬fin¬dən qa¬nun¬suz he¬sab edi¬lib¬sə, azad
edil¬mək hü¬qu¬qu¬na ma¬lik¬dir.

Göründüyü kimi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 4-cü maddəsi İHAK-ın 5-ci maddəsinin eynidir. Əlavə olaraq, Konstitusiya Qanunu 4.5-ci maddəsi Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ olduğunu deyir.

 Cinayət Prosessual Məcəllənin həbs – qətimkan tədbiri ilə bağlı tələbləri pozulub

16. Cinayət Prossesual Məcəllənin 12.1. maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

CPM-in 12.4. maddəsinə əsasən, prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.

CPM-in 155-ci maddəsi qətimkan tədbirlərinin tətbiqinin əsaslarını müəyyən edir. CPM-in 155.1. maddəsinə əsasən, qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:

155.1.1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
155.1.2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;
155.1.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;
155.1.4. cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq.

Nəsimi Rayon məhkəməsinin qərarında həbs – qətimkan tədbirinin seçilməsi üçün hakimin gətirdiyi bütün əsaslar bundan ibarətdir.
Burada dediklərini bu və ya digər formada təsdiq edən heç bir sübut məhkəmə qərarında yoxdur.

12. Beləliklə, Ə.Zeynallını həbs edərkən məhkəmə əmin olub ki:

a) Təqsirləndirilən şəxs Zeynalov Əvəz Tapdıq oğlunun Azərbaycan Respublikası CM-nin 311.3.3-cü və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törədib,
b) Törətdiyi cinayət əməlinin xarakterinə, törədilmə üsuluna, ictimai təhlükəlilik dərcəsinə görə həbs olunmalıdır,
b) Ə.Zeynallı azadlıqda qalarsa, vəzifəsindən istifadə edib sübutları saxtalaşdıracaq, şahidlərə təsir edəcək və istintaqa təyziq edəcəkdir.

 Hakim qərarda nə üçün belə nəticəyə gəldiyini izah etməyib

Ə.Zeynallının həbsinə qərar verən Nəsimi Rayon Məhkəməsi həbsin səbəblərinin qanunda göstərilən siyahısını prokurorun təqdimatından öz qərarına köçürməklə kifayətlənib, bu səbəblərin hər hansı birini az da olsa təsdiq edən sübutların ortada olmadığını, müstəntiqin belə sübutlara malik olmadığını nəzərə almayıb.

CPM-in 155.1. maddəsi tələb edir ki, həbs qərarı çıxarılarkən orada göstərilən hərəkətlərin edilməsi ehtimalı kifayət qədər əsaslı olmalıdır. Lakin hakim belə nəticəyə gəlməsinin heç bir əsasını müəyyən etməyib.

CPM-in 157.5. maddəsinə əsasən, həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Məhkəmə həbs barədə qərar çıxarmaqla eyni vaxtda təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsinin mümkünlüyü məsələsini həll edə bilər və belə azad etməni mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir. Məhkəmə girovun yolverilməzliyi və girovun məbləği barədə qərarına müdafiə tərəfinin vəsatəti ilə yenidən baxa bilər.

Qərardan göründüyü kimi məhkəmə CPM-in 157.1. və 157.5. maddələrini kobud şəkildə pozub.

15. Qərardan göründüyü kimi, məhkəmə həbs üçün zəruri əsasların olmasını sübut edən hallar olmadığı halda belə qərar çıxarmaqla, CPM-in 155-ci maddəsini pozub. Hakimin həbs barədə qərar qəbul etməsinə zərurət olmalıdır. Hakimin ehtimalları obyektiv əsaslara söykənməlidir. Hansı ki, bu əsaslar kənardan baxan obyektiv müşahidəçini qane etmiş olsun. Hakim həbsə yalnız “təqsirləndirilirsə şəxsi həbs etmək lazımdır” prizmasından yox, azadlıq hüququ prezumpsiyasından yanaşmalıdır. Eyni zamanda hakimin həbs barədə qərarı təqsirlilik barədə məsələni əvvəlcədən həll etməməli və təqsirsizlik prezumpsiyası hüququna xələl gətirməməlidir. Məhkəmə Ə.Zeynallını həbs edərkən məhkəmənin ilkin əsası onun törətdiyi cinayətin ağırlıq dərəcəsi olmuşdur. Bütün hallarda hüquqa edilmiş müdaxilənin zəruriliyi əsaslandırılmalıdır. Konstitusiyanın 71-ci maddəsinin 5-ci bəndi azadlıq hüququnu onun ləğvinə yönəlmiş bir müddəa kimi təfsir olunmasını qadağan edir.

CPM-in 155.5. maddəsinə əsasən, qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi ilə əlaqədar məlumat vermək barədə yazılı iltizam alınır. Lakin, məhkəmə heç bir zərurət olmadan Ə.Zeynallının həbs edilməsi barədə qərar verməklə daxili qanunvericiliyi – Konstitusiyanın 28, 71, CPM-in 155.1., 155.2., 155.5., 157.1., 157.5. maddələrinin tələbini kobud şəkildə pozub.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 5-ci maddəsinin 1 (c) bəndi və 5(3) bəndi pozulub.

16. İHAK-ın 5-ci maddəsi ilə bağlı işlərə baxan Avropa İnsan Haqları Məhkəməsi azadlıq və toxunulmazlıq haqqının mühüm insan haqlarından biri olduğunu dəfələrlə vurğulayıb. Məhkəmə bildirib ki, həbsin ilk növbədə ölkədaxili qanunlara uyğun olması tələb olunur. Bu həbsin qanuniliyinin əsas şərtidir.

 Həbs qətimkan tədbirinin seçilməsi daxili qanunlara ziddir və qanuni deyil.

17. İHAK-a görə, bütün azadlıqdan məhrum edilmə halları “qanunla müəyyən olunmuş qaydada” həyata keçirilməli və “qanuni” olmalıdır. Bu ifadlər dövlətdaxili hüquqa istinad edildiyini bildirir. Bu, o deməkdir ki, şəxsi azadlıqdan məhrum edən hər hansı bir tədbir barədə qərar çıxarılması və tədbirin icrası müvafiq səlahiyyətli orqan tərəfindən həyata keçirilməlidir və qanuni olmalıdır (bax: Bitsotto Yunanıstana qarşı iş üzrə qərarın 31-ci bəndi).

Bu şikayətin yuxarısında həbs haqqında qərarın daxili qanunvericiliyin pozulması nəticəsində çıxarılması əsasları göstərilmişdir. Daxili qanunvericilik tələb edir ki, şəxs barəsində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Məhkəmə isə qərarda gəldiyi nəticəni heç bir obyektiv dəlillərlə əsaslandırmayıb. Məhkəmə CPM-in 155-ci maddəsinin tələb etdiyi həbs zərurətinin nədən irəli gəldiyini deməyib, şəxsiyyəti xarakterizə edən halları nəzərə almayıb və s.
 5-ci maddənin 1 (c) bəndi ilə 3-cü bəndi qanunsuz həbslərə qarşı müdafiəni təmin edir və şəxsi qanunsuz və əsassız həbslərdən qoruyur.

16. Bütün hallarda hüquqa edilən müdaxilə zəruriliyini sübut etmək vəzifəsi dövlətin üzərinə düşür. Hüququn aliliyi və insan hüquqlarına hörmət Avropa Şurasının(AŞ) Nizamnaməsinin 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Avropa Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, məhkəməyə qədərki mərhələdə həbsdə saxlamanın davam etdirilməsinə haqq qazandıran məqsədəuyğun və yetərli əsaslar yoxdursa, cinayət əməlinə görə ittiham olunan şəxs bütün hallarda azad edilməlidir.

AR Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası  müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Plenum qərarının 13-cü bəndində göstərilir: Məhkəmələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı”ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək, həbs – qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir.

İHAK-ın 5.1(c) yarımbəndində, eləcə də Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. Çünki yalnız belə halda həbs yetərincə əsaslandırıla və qanuni ola bilər. İstənilən şübhə vicdanlı şübhə olmalıdır (Mürrey Birləşmiş Krallığa qarşı işdə Məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslılığının zəruri elementlərindən biridir). Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın.
Bu o demək deyil ki, şəxsin məhkum edilməsini, yaxud hətta ittihamın irəli sürülməsini əsaslandırmaq üçün kifayət qədər sübutlara malik olmaq lazımdır. Bununla belə şübhənin hər hansı etibarlı əsasları olmalıdır.

Hər halda nəzərə almaq lazımdır ki, bu əsasa görə, azadlıqdan məhrum edilmə, yalnız ayrıca və konkret hüquq pozuntuları ilə bağlı həyata keçirilə bilər və həmin azadlıqdan məhrum edilmə preventiv məqsədlər üçün “əsaslı zərurət”dən irəli gəlməlidir. Bu isə şübhəsiz, o deməkdir ki, İHAK-ın 5.1(c) yarımbəndinin və Konstitusiya Qanununun 4.1.3-cü maddəsinin pozulmaması üçün həmin şübhənin lazımi dərəcədə əsaslı olduğunu göstərmək lazımdır. Bunun üçün həbs edilən şəxsin hərəkətlərinin böyük ehtimalla hüquq pozuntusunun törədilməsinə yönəldiyinə dair kifayət qədər obyektiv sübutlar mövcud olmalıdır. Bu zaman qərəzli mülahizələrə və ya əsassız ehtiyatlılığa güvənmək olmaz.

CPM-in 157.1. maddəsinə əsasən, təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.

Avropa Məhkəməsi hüquq pozuntusu törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin ibtidai həbs müddətinin uzadılmasını mümkün edən 4 səbəbi göstərib.

1. Şəxsin gizlənməsi təhlükəsi,
2. Şəxsin iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olmaq təhlükəsi,
3. Şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq zərurəti,
4. İctimai asayişi qorumaq zərurəti.

Nəsimi Rayon Məhkəməsinin qərarında da bu 4 səbəbin birinin olduğu deyilib. Lakin bu səbəblərin heç biri hər hansı mövcud sübutlarla təsdiq edilmir.

 Şəxsin gizlənməsi təhlükəsi

18. Şəxsin gizlənməsi təhlükəsi, xüsusən şübhəli şəxsin ilkin həbsi zamanı çətinliklər yarandıqda, şübhəsiz ki, hüquq mühafizə orqanlarının əməkdaşlarında xüsusi narahatlıq doğurur. Təbii ki, imkan düşdükdə istintaqdan gizlənən şəxslər ola bilər. Bununla belə, həbs – qətimkan tədbiri qərarı çıxarmaq üçün bu ümumi ehtimalı əsas kimi götürmək olmaz; hər bir halda gizlənmə təhlükəsinin dərəcəsini müəyyən etmək üçün konkret işə xas olan bütün amilləri araşdırmaq zəruridir. İlk növbədə, yəqin ki, gizlənmənin doğuracağı nəticələrə və şəxsi gözləyən təhlükələrə baxmayaraq, onu gizlənməyə vadar edən amillər nəzərdən keçirilməlidir. Həmin amillərdən biri bu və ya digər hüquq pozuntusunun törədilməsinə görə şəxsin məruz qala biləcəyi cəzanın xarakteridir. Hərçənd, Avropa Məhkəməsi dəfələrlə izah edib ki, ağır hökmün çıxarılması ehtimalı özlüyündə həbs müddətinin uzadılmasını əsaslandırmaq üçün kifayət deyil. Üstəlik, Mansur Türkiyəyə qarşı məhkəmə işində Məhkəmə müəyyən etdi ki, sübutların vəziyyəti ərizəçinin gizlənməsi təhlükəsinin mövcudluğunu iddia etmək üçün yetərli əsas ola bilməz.
Bu cür təhlükəni nəzərə alaraq, əvvəllər baş vermiş hallara, yəni şəxsin gizlənməsinə səbəb olan aşağıdakı hallara istinad etmək yerinə düşər: hüquq pozuntusu törətdiyi barədə ittiham irəli sürüldükdən sonra və ya məhkəmə araşdırmasının keçirilməsi məqsədi ilə təhvil verilməsi barədə sorğu göndərildikdən sonra şəxsin gizlənməsi, şəxsin həbsdə saxlanılmasının onda xoşagəlməz hisslər doğurması, onun gizlənməyi planlaşdırdığına dair konkret sübutların olması, onu digər ölkə ilə bağlayan və bunun sayəsində gizlənməsini araşdıran amillərin olması və ya məhkəmə araşdırmasının keçirildiyi ölkə ilə onu bağlayan amillərin olmaması, eləcə də şəxsin bu və ya digər ölkə ilə əlaqələri ucbatından yarana bilən digər problemlər.
Lakin şəxsin gizlənməsi təhlükəsi ilə bağlı amillərə onun həbsinin yetərli əsası kimi istinad etmək olmaz. Həmin amilin (və ya amillərin) işin konkret halları baxımından nə dərəcədə əhəmiyyətli olduğunu qiymətləndirmək lazımdır (iş daha ətraflı nəzərdən keçirilərkən müəyyən edilə bilər ki, bəzi amillər ümumiyyətlə mövcud deyil, digərləri az əhəmiyyətlidir, üçüncülər isə şəxsin faktiki hərəkətlərinə uyğun deyil).

Nəzərə almaq lazımdır ki, şəxs gizlənməyə bilər və ya onun gizlənmə ehtimalı ən azı aşağıdakılarka bağlı çox az ola bilər: ailə vəziyyəti ilə (Letelye Fransaya qarşı işdə), özünün xarakteri, mənəvi durumu, statusu və ya vəzifələri ilə (Letelye Fransaya qarşı, Matsnetter Avstriyaya qarşı işdə), imtina etməli olacağı mülkiyyətinin həcmi, habelə onun məhkəməyə gəlməsini təmin etmək üçün təqdim edilmiş girovun məbləği ilə Ədalət mühakiməsindən yayınma təhlükəsini bütövlükdə nəzərdən keçirmək, yəni bütün müvafiq amilləri nəzərə almaq zəruridir. Avropa Məhkəməsi sözsüz ki, ədalət mühakiməsindən yayınma təhlükəsinin mövcud olma səbəblərinə dair hər hansı izahat vermədən standart ifadələrə əsaslanan bu və ya digər məhkəmə qərarını heç bir halda yolverilən hesab etmir.

Üstəlik, Avropa Məhkəməsi qeyd edib ki, əgər şəxsin gizlənməsi təhlükəsi azadlıqdan məhrumedilmə müddətlərinin uzadılmasının yeganə əsasıdırsa, həmin şəxsdən onun məhkəməyə gələcəyinə dair təminatlar almaq mümkün olduqda 5-ci maddənin 3-cü bəndi onun həbsdən azad olunmasını tələb edir. Bununla belə, hətta bu cür təminatları almaq mümkün olmadıqda və ya onlar etibarlı hesab edilmədikdə, bütün hallarda şəxsin gizlənməyəcəyini təmin edən digər tədbirlərin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Məsələn, onun müəyyən yerdə yaşamasını, başqa yerə getməsinə imkan verən sənədi təhvil verməsini və polis məntəqəsinə hesabat verməsini tələb etmək olar.

19. Beləliklə, Məhkəməyə gəlməmək riskini – qiymətləndirərkən məhkəmə təkcə ehtimal olunan cəzaya əsaslanmamalıdır. Əgər şəxsin məhkəməyə gələcəyinə dair qarantiyalar əldə etmək mümkündürsə, o, müvafiq şərtlərlə azad edilməlidir. Bundan başqa məhkəmə aşağıdakıları nəzərə almalı idi:

Nə istintaq, nə də məhkəmə Ə.Zeynallının məhkəməyə və istintaqa gəlməmək və qaçıb gizlənmək riskini qiymətləndirərkən:

*təqsirləndirilən şəxsin xarakteri və şəxsiyyəti;
*təqsirləndirilən şəxsin əmlak vəziyyəti;
*təqsirləndirilən şəxsin ailə əlaqələri;
*təqsirləndirilən şəxsin xaricdəki əlaqələri;
*gözlənilən ittiham hökmünün ağırlığı;
*təqsirləndirilən şəxsin səhhətinə həbsin mənfi təsiri;
*təqsirləndirilən şəxsin ölkə daxilində dəqiq müəyyən edilmiş əlaqələrinin olması;
*kimi həlledici halları araşdırıb, bu hallar barədə sübutlar əldə etməyə və onu götür-qoy edib doğru nəticə çıxarmağa səy göstərib, həbs üçün gətirdiyi əsası sübut edib.

Ə.Zeynallı ailəsinin yeganə gəlir gətirən şəxsidir, həyat yoldaşı işləmir, 2 azyaşlı uşağı var, yaşlı və insult keçirtmiş qayınatası onun himayəsindədir, daimi yaşayış yeri var, ölkədə kifayət qədər tanınmış şəxsdir, hakimiyyətə qarşı kəskin tənqidi çıxışları ilə tanınır. Son vaxtlar həddən artıq kəskin siyasi fikirlər səsləndirib. Əvvəllər də  siyasi ittihamla məhkum olunub. Ona qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmələrə heç bir təzyiq göstərməyib.

Ümumiyyətlə, məhkəmə həbs – qətimkan tədbiri seçərkən iş üzrə istintaqın zəruri hesab etdiyi bütün sübutların toplandığını, qalanlarının isə axtarış zamanı götürüldüyün nəzərə almayıb. Şahidlər dindirilib. Əlavə hansı şahidin dindirilməsinə ehtiyac olub? Və ya saxtalaşdırılması güman edilən sübutlar hansılardır? Ərizəçinin əlində istintaqa təzyiq etmək üçün hansı imkanlar var? Bəlkə ərizəçi müstəntiqlərin rəisidir? O necə təzyiq edə bilər?

Digər tərəfdən, vəsatətdə və təqdimatda həbs – qətimkan tədbirinin seçilməsi müddəti göstərilmədiyi halda ərizəçi 3 ay həbsdə qalmalı olduğunu məhkəmə necə müəyyən edib?

CPM-in 155.2. maddəsinə əsasən, qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən məhkəmə aşağıdakıları nəzərə almalıdır:

155.2.1. şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini;
155.2.2. şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını;
155.2.3. əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları.

20. İş üzrə həqiqətin aşkara çıxarılması prosesinə şəxsin mane olması təhlükəsi

İş üzrə həqiqətin aşkara çıxarılması prosesinə şəxsin mane olması təhlükəsi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən bütün şəxslərdə narahatlıq doğurur.

Təqsirləndirilən şəxs həbsdən azad olunmasından aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

– şahidlərin öz ifadələrindən imtina etmələri üçün onlara təzyiq göstərmək yolu ilə işinin araşdırılmasına mane olmaq;
– istintaq altında olan digər şəxsləri xəbərdar etmək, cinayət iştirakçıları ilə gizli sövdələşməyə girmək və cinayət işi üzrə araşdırmada ümumi mövqedən çıxış etmək barədə razılaşmaq;
– sənədləri və digər maddi sübutları məhv etmək;
– istintaqa hər hansı digər üsullarla mane olmaq.

Bununla belə, bunların mümkünlüyü mücərrəd şəkildə nəzərə alınmalıdır; azadlıqdan məhrum edilmiş şəxsin onlardan istifadə edə biləciyini təsdiq edən hər hansı konkret faktiki hallar mövcud olmalıdır.

Bundan başqa, bu azadlıqdan məhrum edilmə müddətlərinin uzadılması üçün əsasdır və bir çox işlərdə istintaqın müxtəlif mərhələləri (məsələn, ifadələrin alınması və yoxlanılması) başa çatdıqca həmin müddətlərin uzadılması zərurəti də azalır və bir qayda olaraq, istintaq prosesi tam başa çatdıqdan sonra həmin zərurət aradan qalxmış olur. Bununla belə, Məhkəmə həmişə konkret işin faktlarına istinadən məsələyə özü qiymət verir və həmin faktlar bəzən elə müstəsna xarakterli ola bilər ki, məhkəmə araşdırmasına qədər azadlıqdan məhrum etməyə haqq qazandıra bilər. Bu iş üzrə zəruri istintaq hərəkətləri aparılıb, şahidlər dindirilib və ekspert arayışı alınıb. Belə olan halda Ə.Zeynallı  istintaqın normal gedişinə necə ola bilər?

Konkret işdə həbsə alınan Ə.Zeynallının iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsininin olduğunu deməyə əsas verən heç bir sübut ortaya qoyulmayıb. Belə sübutlar nə müstəntiqin təqdim etdiyi materiallarda, nə də məhkəmənin qərarında olub.

21. Yeni cinayətlər törədilməsinin qarşısının alınması zərurəti

Yeni cinayətlər törədilməsinin qarşısının alınması zərurəti o hallarda azadlıqdan məhrum edilmə müddətlərinin uzadılmasının hüqüqauyğun əsası sayılır ki, bu zaman ciddi ittihamlar irəli sürülür, yeni hüquq pozuntularının törədiləcəyinə dair narahatlığın əsaslı olduğunu və nəzərdən keçirilən konkret işdə görülən tədbirin zəruriliyini sübut etmək tələb olunur. Bu məsələlərə qiymət verərkən işin bütün halları, xüsusən sözügedən şəxsin kimliyini və keçmişini nəzərə almaq lazımdır. Beləliklə, həmin şəxsin eyni və ya analoji hüquq pozuntularına görə keçmişdə məhkum edilməsi faktı böyük əhəmiyyət daşıyacaq. Araşdırmanın başlanmasından sözügedən ittihamın irəli sürülməsinə qədər olan dövrdə törədilmiş digər hüquq pozuntuları haqqında məlumatlar da mühüm əhəmiyyət kəsb edəcək. Bununla belə, həmin hüquq pozuntuları öz xarakteri və ağırlıq dərəcəsinə görə heç bir ümumi cəhətlərə malik deyilsə, belə hallarda şəxsin uzun müddət həbsdə saxlanmasına, yəqin ki, ehtiyac olmayacaq. Üstəlik, şəxsin həbsdən müvəqqəti azad edildikdən sonra yeni hüquq pozuntuları törətdiyini bildirərək həbs tədbirinin bərpasına haqq qazandırmaq üçün həmin iddianı əsaslandırmaq lazımdır.

Trcaska Polşaya qarşı məhkəmə işi üzrə 11 iyul 2000-ci il tarixli qərarında Avropa Məhkəməsi milli məhkəmələrin tutulmuş şəxsi həbsdən azad etməkdən imtina edərkən yeni hüquq pozuntusu törədilməsi təhlükəsinə əsaslanmaları ilə razılaşmadı, çünki onların heç bir qərarında bu təhlükə dəqiq ifadə edilməmişdi.

Ə.Zeynallı azadlıqda qalarsa, yeni cinayətlər törətməsi üçün böyük və əsaslı ehtimal olduğunu deyən müstəntiq və onu təkrar edən məhkəmə öz narahatlıqlarını əsaslandıracaq bir sübut belə ortaya qoymayıb.

22. İctimai asayişin qorunması zərurəti

İctimai asayişi qorumaq, o cümlədən təqsirləndirilən şəxsi müdafiə etmək zərurəti Letelye Fransaya qarşı məhkəmə işində həbsin davam etdirilməsi üçün əsas sayıldı. Lakin Avropa Məhkəməsi qeyd etdi ki, burada o müstəsna halları nəzərdə tutub, yəni həmin əsas yalnız o hallarda tətbiq edilə bilər ki, şəxsin həbsdən azad edilməsinin həqiqətən konkret vaxtda ictimai asayişi pozacağı sübuta yetirilsin. Buna görə də hökmün ağır olacağını əsas gətirərək, şəxsin həbsə alınmasına nail olmaq məqsədi ilə həmin əsasa istinad etmək olmaz. Həmin əsasa bu və ya digər işdə araşdırılan hüquq pozuntusunun xarakterini əsas gətirməklə də istinad etmək olmaz.
Adam öldürmək kimi ağır cinayətə qarşı istər qurbanın qohumlarının, istərsə də bütövlükdə əhalinin reaksiyasının həbsdə saxlanmanı əsaslandırmaq üçün kifayət edə bilməsinə baxmayaraq, Letelyenin işində Məhkəmə qərara aldı ki, iğtişaşların heç bir konkret əlamətləri mövcud deyildi və həqiqətən də, mərhumun anası və bacısı ərizəçinin həbsdən azad edilməsinə etiraz etmirdilər. İ.A. Fransaya qarşı məhkəmə işi üzrə araşdırmada qurbanın qohumlarının qisas ala biləcəyi ilə bağlı narahatlıq əsassız idi, çünki onların çoxu Livanda yaşadıqlarına görə, həmin qisasın mümkünlüyü inandırıcı görünmürdü. Üstəlik Avropa Məhkəməsi qeyd etdi ki, həmin əsasa yalnız ictimai asayişə təhlükənin mövcud olduğu müddətdə istinad etmək olar. Nəzərə almaq lazımdır ki, konkret hüquq pozuntusunun doğurduğu ilkin reaksiya zəiflədikdən sonra cəmiyyət tərəfindən bu və ya digər hərəkətlərin edilməsi ehtimalı azalacaqdır.

Zeynallı ilə bağlı bu halda onun azadlıqda qalması ictimai asayişi poza bilərdimi? O hansısa iğtişaşlara səbəb olardımı, yaxud kimdənsə qisas almaq üçün hansısa təhlükəli addımlar ata bilərdimi? Əvvəllər məhkum olunubmu? Bu və bu kimi sualların heç birinin cavabı verilmədən məhkəmənin Ə.Zeynallının azadlıqda qalarsa, ictimai təhlükəli əməli yenidən törədəcəyi nəticəsinə necə gəldiyi bəlli deyil, heç nə ilə əsaslandırılmadığından qanunsuzdur.

Önəmlisi budur ki, onların konkret situasiyaya tətbiqinin nə dərəcədə mümkün olması lazımi və əsaslı şəkildə nəzərdən keçirilməyibsə, həbsin əsaslandırılması üçün bu səbəblərin hər hansı birindən istifadə edilə bilməz. Bu səsəblərin tətbiqinin mümkün olmadığı müəyyən edildikdə tutulmuş şəxs 5-ci maddənin 3-cü bəndinə əsasən həbsdən azad olunmalıdır.

Beləliklə, aydın olur ki, Ə.Zeynallının həbs edilməsi üçün əsaslar nə daxili qanunvericiliyə nə də ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinə və həmin maddənin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun deyil. Ona görə də, Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli qərarı ləğv edilməli və Ə.Zeynallıdan CPM-in 155.5. maddəsinə əsasən, iltizam alınaraq azadlığa buraxılmalıdır.

23. Başqa qətimkan tədbirlərinin tətbiqi imkanları gözdən keçirilməyib

CPM-in 154.2-ci maddəsi qətimkan tədbirlərinin 10 növünü müəyyən edir. İstintaq və məhkəmə orqanları həbs – qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır. Məhkəmə 10 həbs – qətimkan tədbirindən niyə məhz ən ağırını seçdiyini əsaslandırmayıb, daha yüngül qətimkan tədbirlərini nəzərdən keçirməyib və başqa qətimkan tədbirinin mümkünlüyünü yoxlamayıb.

 Gülər Əhmədovanın iddiası

MM deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü Gülər Əhmədova Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yazdığı şikayət ərizəsində  Ə.Zeynallının   2011-ci ilin avqustunda ondan şantaj yolu ilə rüşvət tələb etdiyini bildirib. Deputat sübut kimi idarəyə yalnız özünün səsi yazılmış lent yazısı təqdim edib. Həmin danışıq  mobil telefonun diktofonu vasitəsi ilə yazılıb. Baş Prokurorluğun ekspertizasının verdiyi rəsmi rəyə görə, danışıqda iştirak edən ikinci şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. G. Əhmədova Ə. Zeynallının həbsindən sonra mətbuata geniş açıqlama verəcəyini bəyan edərək, jurnalistlərin suallarından yayınıb.
Oktyabrın 28-də Şimali Kipr Türk Cümhuriyyətinə səfəri edəcəyini bildirən G. Əhmədova, açıqlamalarını bir müddət sonra verəcəyini bildirib. Oktyabrın 30-da məlum oldu ki, G.Əhmədova Kiprdə yox, Bakıdadır. G. Əhmədova Kiprə bir neçə gün sonra səfər edib. Səfərdən qayıtdıqdan sonra da açıqlama verməkdən yayınıb. G. Əhmədova noyabrın 16-da “Yeni Müsavat” qəzetində Ə. Zeynallının həbsi ilə bağlı ilk açıqlamasını verdi. Deputat açıqlamasında Ə. Zeynallının həbsini əsaslandıra bilməyib. Yalnız onu bildirib ki, Ə. Zeynallıda olan materiallar ailəsində ciddi problemlər yarada bilərmiş. Hətta oğlu Ə. Zeynallıya xəsarət yetirə bilərdi. G.Əhmədova mətbuata verdiyi sonrakı açıqlamalarında isə Ə. Zeynallıda onu şantaj edə biləcək məlumatların olmadığını bildirib. Deputatın açıqlamaları bir-birini təkzib edir.
Ə. Zeynallı G. Əhmədovanın iddialarının siyasi sifariş əsasında meydana çıxdığını bildirib. Ə. Zeynallı 2011-ci ilin avqust ayında  G. Əhmədovanın sahibi olduğu “Mərkəz” qəzetinin işdən qanunsuz azad olunan əməkdaşları və konkret olaraq qəzetin redaktoru Nigar Almanqızının ona müraciət etdiyini bildirib. N. Almanqızı “Mərkəz” qəzetində baş verən qanunsuzluqlar və G. Əhmədova tərəfindən işçilərin qanunsuz olaraq işdən azad edilməsi barədə  “Xural” qəzetinə geniş  müsahibə vermək istədiyini bildirib. “Xural” qəzeti müstəqil media orqanı olduğundan bütün səviyyələrdə vətəndaşların şikayətlərini dərc etdiyi üçün Ə. Zeynallı N. Almanqızının təklifini qəbul edib və onun qəzetə verəcəyi müsahibə ilə bağlı “Xural” qəzetində anons verib. Anonsdan sonra keçmiş işçilərinin şikayətlərini dərc etməmək barədə bir neçə dəfə baş redaktorun ünvanına qiyabi hədələr və xəbərdarlıqlar göndərən G. Əhmədova özü də dəfələrlə Ə. Zeynallının mobil telefonuna zəng edib. G. Əhmədova Ə. Zeynalının mobil telefonuna 15 dəfə mesaj yazaraq onunla görüşməyi tələb edib. Ə. Zeynallı bu tələb və təhdidlərə  əhəmiyyət verməyib. Bundan sonra G. Əhmədova Ə. Zeynalının yaxınlarına eləcə də ölkənin tanınmış jurnalistlərinə zəng edərək Ə. Zeynallı ilə görüşmək üçün yardımçı olmalarını xahiş edib. G. Əhmədova eyni zamanda “Xural” qəzetinin redaktoru Nurəddin İsmayılova (Xoca) zəng edib. N. İsmayılovun “Preventiv cavab qrupu”nun üzvü Ə. Muxtarlıya verdiyi ifadəsində G. Əhmədovanın ona zəng etdiyini təsdiq edib: “Avqustun sonlarında Gülər Əhmədova mənim mobil telefonuma zəng etdi. O mənə birinci dəfə zəng edərək dedi ki, Əvəz bəy mənim zənglərimə cavab versin. Mən də ona cavab verdim ki, bəzi hallarda Əvəz mənim zənglərimə də cavab vermir. Sonrakı günlər Gülər Əhmədova yenidən mənə zəng etdi və bildirdi ki, “o adamları dinləməsin, əvəzində ona qızıllarımı, sırğamı, maşınımı verirəm. Ona ofis tuturam”. Gülər Əhmədovaya bildirdim ki, bu nə söhbətdir edirsiz?  Mən Əvəzə deyərəm sizin zənginizə cavab verər. Daha sonra Əvəz Zeynallıya Gülər Əhmədovanın dediklərini çatdırdım. Əvəz Zeynallı mənə bildirdi ki, Gülər Əhmədova başqa şəxslər vasitəsi ilə də eyni təklifləri edib ”.  Gülər Əhmədova Ə. Zeynallı ilə görüşmək üçün “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da yardımçı olmasını xahiş edib. R. Arifoğlunun mətbuata verdiyi açıqlamasına görə, G. Əhmədova Ə. Zeynallı ilə görüşünün təşkil etməsi üçün ona dəfələrlə zəng edib. Hətta mobil telefonuna mesaj da yazıb. R. Arifoğlu Ə. Zeynallıya zəng edərək, G. Əhmədovanı qəbul etməsini xahiş edib.
Ə. Zeynallının açıqlamasına görə, G. Əhmədovanı R. Arifoğlunun xahişi ilə qəbul edib. Ə. Zeynallı ilə G. Əhmədovanın görüşü “Xural” qəzetinin redaksiyasında Ə. Zeynallının iş otağında baş tutub. Ə. Zeynallının açıqlamalarına görə, G. Əhmədova ona külli miqdarda rüşvət təklif edib. Ə. Zeynallı G. Əhmədova ilə görüşü barədə “Azadlıq” qəzetinin 17 sentyabr tarixli sayında verdiyi müsahibəsində G. Əhmədovanın ona rüşvət təklif etməsi və danışığın lentə yazılması barədə məlumat verib. Ə.Zeynallının “Azadlıq” qəzetinə verdiyi
müsahibəsinə münasibətini bildirən  G. Əhmədova Olaylar.az  -http://olaylar.az/haber/evez_zeynallinin_psixi_problemi_.html
saytına açıqlamasında  belə bir görüşün olmadığını iddia edib və bu görüşlə bağlı açıqlama verən baş redaktorun ünvanına – “Əvəz Zeynallının psixi problemi var”- deyə cavab verib.
Ölkədə fəaliyyət göstərən yüzdən artıq qeyri-hökumət təşkilatlarından biri olan, hazırda hakim dairələrin marağını ifadə edərək, bir çox səlahiyyətlər əldə etdiyini hesab edən Mətbuat Şurası(MŞ)  gündəlik nəşrə keçməzdən bir gün öncə  19.09.2011-ci il tarixində “Xural”ı “reket” qəzetlər siyahısına saldığını bəyan etdi.  Buna qəti etirazını bildirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələ ilə bağlı “Azadlıq” qəzetinə müsahibə verib. Baş redaktor müsahibədə rəhbərlik etdiyi qəzetin adının “qara siyahı”ya salınmasını “hakimiyyətin sifarişi” adlandırıb və bir neçə tanınmış və səlahiyyətli dövlət məmurunun adını çəkib.
Ə. Zeynallı həmçinin bildirib ki, o bəzi məmurların təzyiqinə məruz qalıb. Baş redaktorun dediyinə görə, həmin məmurlar tanınmış millət vəkili Gülər Əhmədovanı da onun yanına hansısa funksiyanı yerinə yetirmək üçün göndərib və millət vəkili çantasına yerləşdirdiyi bir diktofonu olan qurğu vasitəsilə onun səsini yazıb ki, sonradan onu şantaj etməyə cəhd göstərə bilsin. Ə.Zeynallı onu da bildirib ki, o hakimiyyətin məhz millət vəkili vasitəsilə onu həbs etmək planlarını əvvəlcədən ehtimal edib və həmin görüşdə hər hansı bir ciddi məsələ ilə bağlı danışmayıb. Ona görə də o, Gülər Əhmədovadan yayınıb və onunla görüşdən imtina edib. Lakin tanınmış müxalifət qəzetlərindən birinin – “Yeni Müsavat” qəzetinin baş redaktoru R.Arifoğlu Ə.Zeynallıya zəng edərək G.Əhmədovanı qəbul etməsini xahiş edib və bu zəngdən sonra görüş baş tutub.
Ə.Zeynallının “Azadlıq” qəzetinə verdiyi müsahibədən sonra məsələyə konkret münasibət bildirən millət vəkili G.Əhmədova baş redaktorun psixi cəhətdən əziyyət çəkdiyini və bu ittihamları nə məqsədlə dediyini anlamadığını bildirib: “Mən heç nə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Əvəz Zeynallının psixi problemi var və ona görə də belə deyib”.
Millət vəkili Ə.Zeynallıya heç bir şeyə görə minnətə getmədiyini, bu məsələdən xəbərsiz olduğunu, ümumiyyətlə belə bir görüşün olmadığını iddia edib.
G. Əhmədova Olaylar.az saytına verdiyi müsahibəsində konkret olaraq Ə. Zeynallı ilə görüşdüyünü təkzib edib. Lakin sonradan Baş Prokurorluğa yazdığı şikayət ərizəsində bunun əksini bildirib və onunla görüşdüyünü təsdiqləyib. Bu fakt deməyə əsas verir ki,  Ə. Zeynallının həbsi avqust ayından etibarən planlaşdırılıb. Ə.Zeynallının həbsinə qərar verən siyasi hakimiyyət baş redaktoru həbs etmək məqsədi ilə  qanuni əsaslar yaratmaq üçün bütün vasitələrdən istifadə edib. Əsas əldə etməyin mümkünsüzlüyü dərk edildikdən sonra Ə. Zeynallı saxta ittihamlarla həbs edilib.  Ə. Zeynallı həbsindən sonra G. Əhmədova ilə aralarında olan danışığın stenoqramını yayıb. Stenoqram: (Xural. com saytı 1 noyabr 2011-ci il )
“Gülər Əhmədova “Xural” qəzetinin redaksiyasındakı iş otağıma daxil olan kimi dərhal dedi:
G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.
Mən: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!
G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm.
Mən: – Bizə sizin köməyiniz lazım deyil.
G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?
Mən: – Təxminən 500 manat.
Fasilə yaranır. Gülər Əhmədova hesablayır…
G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.
Mən: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!
Söhbət burda da yekunlaşır və mən Gülər Əhmədovanı otaqdan çıxarıram”.
Ə.Zeynallı həbs edildikdən sonra Bakı İstintaq Təcridxanasında  yazdığı məqalələrində həbsinin Azərbaycan hakimiyyəti, birbaşa prezident İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər yüksək rütbəli məmurların sifarişi əsasında həyata keçirildiyini, G. Əhmədovanın bu məsələdə yalnız vasitəçi olduğunu yazıb.

 Məhkəmə zamanı baş verən qanun pozuntuları

Ə. Zeynallı barəsində həbs – qətimkan tədbiri seçilməsi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qabil Qasımov Nəsimi Rayon Məhkəməsində vəsatət verib. Hakim Şəlalə Akif qızı Həsənovanın sədrliyi ilə keçən məhkəmə prosesi 28 oktyabr 2011-ci il saat 22:00 radələrində başlayıb. Hakimin qərarı ilə məhkəmə prosesi qapalı keçirilib. Məhkəmə prosesində iddiaçı tərəf Ə. Zeynallının MM-in deputatı G.Əhmədovadan şantaj yolu ilə rüşvət tələb etdiyini bildirib. Prokurorluq məhkəmə zamanı iddia edib ki, G. Əhmədova 19 oktyabr 2011-ci il tarixində idarəyə şikayət ərizəsi ilə müraciət edib.
Məhkəmədə dəlil kimi, yalnız  G. Əhmədovanın səsi olan CD yazısına istinad edilsə də, həmin lent yazısı məhkəmədə araşdırılmayıb. İctimai Təhqiqat Qrupu hesab edir ki,  məhkəmə Ə.Zeynallı barəsində həbs-qətimkan  tədbiri seçərkən əsaslı şübhənin olmadığını nəzərə almayıb. Ə.Zeynallı və vəkili Elçin Sadıqov prosesin açıq keçirilməsini tələb etsələr də, məhkəmə CPM-ə istinad edərək məhkəmə iclasını qapalı keçirib. Məhkəmə iclasının qapalı keçirilməsi Konstitusiyanın 127-ci maddəsinin 5-ci hissəsinə və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayıb.

“Xural” qəzetinin redaksiyasında axtarış aparılarkən baş verən qanunsuzluqlar

28 oktyabr 2008-ci il tarixində saat 22:00 radələrində özlərini Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 5 nəfər şəxs gözlənilmədən redaksiyaya daxil olublar. Onlar redaksiyada axtarış aparılması barədə məhkəmə qərarını təqdim edərək, axtarışa başlayacaqlarını bildiriblər. İdarənin əməkdaşları xidməti vəsiqələrinin yalnız üz qabığını təqdim ediblər. Daha sonra onlar redaksiyanın əməkdaşlarına telefon və internet vasitəsi ilə əlaqə saxlamalarına icazə verməyiblər. İdarənin əməkdaşlarından biri redaksiyada qalan yeganə kompüteri söndürüb. Sonra redaksiyada axtarış aparılmağa başlayıb. Axtarış aparılarkən “Xural” qəzetinin vəkilinin prosesdə iştirakına şərait yaradılmayıb. Əməliyyatçılar özləri ilə  redaksiyaya  hal şahidləri gətiriblər. İctimai Təhqiqat Qrupu bəyan edir ki, axtarışın istintaqı aparılmalı olan cinayət işi üzrə əlaqəsi müəyyən edilməyib. Axtarışın aparılmasının vacibliyi götür-qoy edilməyib və məhkəmə axtarışa icazə verməklə İnsan Haqları Konvensiyanın 8-ci və 10-cu maddələrini pozub. Jurnalist mənbələri kimi qorunmalı olan informasiya daşıyıcıları götürülüb. Azərbaycan Respublikası  “Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanunun 11-ci maddəsi pozulub.

Əvəz Zeynallının müvəqqəti yaşadığı mənzildə axtarış aparılarkən baş verən qanunsuzluqlar

   28 oktyabr 2011-ci il tarixində Əvəz Zeynallının müvəqqəti yaşadığı qayınatası Nəcəfov Qisuri Məmməd oğluna məxsus Bakı Şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sol tərəf ev 1-də axtarış aparılıb. On nəfərdən artıq şəxs saat 22:00-da  ev sahibinin icazəsi olmadan onun şəxsi mülkiyyətinə daxil olub, evin dəmir qapısını qıraraq mənzilə daxil olub. O anda evdə yalnız yataq xəstəsi olan Q.Nəcəfov olub və həmin vaxt danışıq qabiliyyəti olmayıb. Q.Nəcəfovun oğlu Elçin Nəcəfovun Preventiv cavab qrupunun  üzvü Ə. Muxtarlıya verdiyi ifadəsində Q.Nəcəfov axtarışdan iki gün əvvəl xəstəxanadan evə gətirildiyini bildirib: “Atam insult xəstəliyindən əziyyət çəkir. Axtarışdan əvvəl nitqi tutulub və 5 gün Əfəndiyev adına Klinikanın reanimasiya şöbəsində müalicə  alıb. Axtarış aparılarkən atam evdə tək idi və  yataq rejimində müalicə alırdı. Danışa bilmirdi”.
 Axtarışı həyata keçirən şəxslər evə heç kimi buraxmayıblar. Hətta evin sakini hesab olunan E. Nəcəfovun da evə daxil olmasına imkan verilməyib. E. Nəcəfov öz ifadəsində evə buraxılmadığını təsdiq edib: “Axtarış aparanlar özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. Axtarış xəbərini eşidən an evə getdim. Həyət darvazasında keşik çəkənlərə evin sakini olduğumu bildirdim. Lakin onlar məni evə buraxmadılar. Digər yaxın qohumlarımın, qonşularımın da evə daxil olmasına icazə verilmədi. Axtarış zamanı əməliyyatçılar özləri ilə birlikdə hal şahidləri gətiriblər. Axtarışda hal şahidi kimi evin sakinlərinin, qonşuların iştirakına imkan verilmədi. Protokola da əməliyyatçıların özləri ilə gətirdikləri hal şahidləri imza atıb. Bizim evdən götürülən əşyalar barədə məlumatımız olmayıb. Axtarış aparanlar atamdan qızıl külçələrin, iri karatlı brilyantların, avtomat silahların yerini soruşublar. Halbuki jurnalistin evində belə şeylərin axtarılması da istehza doğurur. Digər tərəfdən onlar bu hərəkətləri ilə insult xəstəsi olan yaşlı adama psixoloji təzyiq göstəriblər. Hadisədən sonra atamın səhhəti xeyli pisləşib ”.  Q. Nəcəfov Axtarış və Götürülmə Aparılması Haqqında protokola imza atmayıb.

“Preventiv cavab qrupu” Ə. Zeynallının qayınatasının evində aparılan axtarış barədə tərtib edilən protokolu əldə edib.  Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin istintaq qrupunun üzvü Rəşidov Nazim Xudaşirin oğlunun 28 oktyabr 2011-ci il tarixində Rəsulzadə qəsəbəsində tərtib etdiyi Axtarış və Götürülmə Aparılması Haqqında Protokola əsasən axtarış tədbiri 112026162 N-li cinayət işi üzrə aparılıb. Axtarış aparılması barədə Nəsimi Rayon Məhkəməsi 28 oktyabr 2011-ci il tarixində iş N 5 (006)-478/2011 saylı qərar qəbul edib. Protokola əsasən axtarışda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin daxili təhlükəsizlik xidmətinin prokuroru ədliyyə müşaviri Əliyev Aydın Səlim oğlu, əməliyyat şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı kiçik ədliyyə müşaviri Rəsulov Fuad Mirmehdi oğlu, Binəqədi Rayon Polis İdarəsinin 4-cu Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Nəcəfov Vüqar Təhməz oğlu, 4-cü Polis Bölməsinin sahə inspektoru polis mayoru İsgəndərov Süleyman Rafiq oğlu iştirak edib. Axtarış zamanı əməliyyatçılar özləri ilə hal şahidi qismində, 09 iyun 1986-ci ildə Kürdəmir rayonu Qarabucaq qəsəbəsində anadan olan, həmin qəsəbədə daimi qeydiyyatda olan,  özünün dediyinə görə, məhkum olunmamış, işsiz, orta təhsilli, subay,  hazırda  Rəsulzadə qəsəbəsi H. Məmmədzadə küçəsi ev 1-də yaşayan Mehtiyev Xəyal Mövsüm oğlunu və 1969-cu ildə Tovuz rayonunun Hacılar kəndində anadan olmuş, orta təhsilli, ailəli, özünün dediyinə görə, məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Darvin küçəsi 81a ünvanında daimi qeydiyyatda olan, hazırda Binəqədi rayonu Rəsulzadə qəsəbəsi  Baksol küçəsində (ev ünvanı göstərilməyib) yaşayan Babayev Zakir Qəşəm oğlunu gətiriblər. Axtarış və Götürülmə Aparılması Haqqında protokolda hər iki hal şahidinin imzası var. Protokolda axtarışın hal şahidləri və digər şəxslərlə birgə istirahət otağından başladığı qeyd edilsə də “digər şəxslər”in adları göstərilməyib. Bundan əlavə Ə. Zeynallının maşınında axtarış aparılıb. Lakin maşında axtarış aparılması barədə məhkəmə qərarı yoxdur.

Axtarışın aparılması zamanı aşağıdakı qanun pozuntularına yol verilib.  Axtarışın istintaqı aparılmalı olan cinayət işi üzrə əlaqəsi müəyyən edilməyib. Axtarışın aparılmasının vacibliyi götür-qoy edilməyib və məhkəmə axtarışa icazə verməklə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın  8-ci və 10-cu maddələrini pozub. Jurnalist mənbələri kimi qorunmalı olan informasiya daşıyıcıları götürülüb. KİV –haqqında qanunun 11-ci maddəsi pozulub.

 Ə. Zeynallının istintaqına əlavə şəxslərin cəlb edilməsi

Ə. Zeynallı həbs edildikdən sonra, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə. Zeynallıya yaxın olan, Ə. Zeynallının telefonuna zəng edən şəxsləri istintaqa cəlb edib. Ə. Zeynallının həbsindən sonra onun telefonu müsadirə edilib, lakin söndürülməyib. Müstəntiqlər istintaqa əsasən, iş adamlarına cəlb ediblər. Ə. Zeynalının əleyhinə ifadə vermək üçün onun həmkəndlilərinə təzyiq göstərilib və baş redaktora qarşı ifadə verməyə məcbur ediliblər. Ə. Zeynallının həmkəndlisi Vüqar Məmmədovdan Ə. Zeynallının əleyhinə ifadə alınıb. Lakin üzləşmə zamanı V. Məmmədov ifadəsindən imtina edib. İstintaqa Sumqayıt Maşın Bazarının sahibi və Milli Dövlətçilik Partiyasının(MDP) sədri Sabir Tarverdiyev də cəlb edilib. S. Tarverdiyev Ə. Zeynallıya hər həftə 100 (yüz) manat məbləğində rüşvət verdiyini iddia edib. S. Tarverdiyev istintaqa verdiyi ifadəsində pulu “Xural” qəzetində o zaman Yevlax rayonunun icra başçısı Elmar Vəliyev barədə tənqidi yazıların dayandırılması üçün verdiyini bildirib. S. Tarverdiyev pulun E. Vəliyevin xahişi ilə Ə. Zeynallıya verdiyini bildirib.  Ə. Zeynallının vəkili E. Sadıqov E. Vəliyevə S. Tarverdiyevin iddiası ilə bağlı sorğu göndərib. Lakin E. Vəliyev vəkilin sorğusunu cavablandırmayıb.
 İstintaqa  eyni zamanda Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu da cəlb olunublar. Baş Prokurorluğun yaydığı məlumata əsasən onlar ərizə ilə prokurorluğa müraciət edərək Əvəz Zeynalovun onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər. Qeyd olunan müraciət üzrə Korrupsiyaya qarşı Mübarizə İdarəsi  araşdırma apardığını bildirir: “Əvəz Zeynalov baş redaktoru olduğu qəzetin səhifələrində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi "Kurort" ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuzuna xələl gətirən silsilə məqalələr dərc edərək, materialların dərcinin dayandırılması xahişi ilə müraciət etmiş Akif Məmmədov və onun dostu Xanoğlan Muxtarovdan qəzetin bir neçə ay müddətə çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını, əks halda məqalələrin dərcini davam edəcəyini və materialların hüquq – mühafizə orqanlarına göndəriləcəyini bildirməklə hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində 2008-ci ilin əvvəllərində Xanoğlan Muxtarovdan 4.000 ABŞ dollarını rüşvət kimi almışdır”.

X.Muxtarovla təqsirləndirilən şəxs Əvəz Zeynalov arasında keçirilmiş üzləşdirmə zamanı Xanoğlan Muxtarov Əvəz Zeynalovun ondan hədə-qorxu ilə rüşvət aldığını iddia etsə də bununla bağlı heç bir fakt təqdim etməyib və istintaq onun yalnız şifahi ifadələrinə əsaslanaraq belə bir ciddi ittihamın qanuni olduğunu iddia edib.

İctimai İstintaq Qrupu apardığı araşdırma zamanı məlum olub ki, S. Tarverdiyevin rəhbərlik etdiyi Milli Dövlətçilik Partiyası hakimiyyətyönlü  Siyasi Partiyaların Məşvərət Məclisində iştirak edir. Məşvərət Məclisi YAP və Prezident Aparatının rəhbəri R.Mehdiyevin nəzarəti altındadır. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, S. Tarverdiyev Ə. Zeynallıya qarşı qərəzlidir. Belə ki, “Xural” qəzetinin 26 sentyabr 2011-ci il tarixli sayında “Vicdan Sabir”in bazarı bağlanır”, 3 oktyabr 2011-ci il tarixli sayında isə “Sumqayıt maşın bazarı vergidən yayınır” başlıqlı məqalələr dərc edilib. Hər iki məqalədə  Sumqayıt maşın bazarında baş verən qanunsuzluqlardan bəhs edilib və bazar rəhbərliyi sərt tənqidə məruz qalıb. (http://www.xural.com/?p=7864)
Bu faktın özü nəticə çıxarmağa əsas verir ki, əslində S.Tarverdiyevin iddiaları həqiqət sayıla bilməz. Çünki qəzet etik baxımdan ianə aldığı şəxsi tənqid edən yazı dərc etməzdi. S.Tarverdiyevin niyyəti qərəzlidir və o həmin məqaləni dərc etdiyi üçün qəzetdən və onun baş redaktoru Ə.Zeynallıdan intiqam almağa fürsət tapıb.  Təhqiqat qrupu hesab edir ki, S. Tarverdiyev bununla eyni zamanda Azərbaycan hakimiyyətinin sifarişini yerinə yetirərək qərəzli şəkildə istintaqa düzgün olmayan ifadə verib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi S. Tarverdiyev barədə rüşvət vermə maddəsi ilə cinayət işi qaldırmalı, S. Tarverdiyevi məsuliyyətə cəlb olunmalıdır. S. Tarverdiyev barədə cinayət işinin açılmaması  Ə. Zeynalının siyasi sifariş əsasında həbs edildiyini sübut edən faktlar siyahısına daxil edilməlidir.

Araşdırma zamanı o da məlum olub ki, X. Muxtarov, V. Məmmədov və M. Həsənov yaxın dostdurlar. Dostlar  Ə. Zeynallının həbsində önəmli rol oynayan  Prezident Administrasiyası İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov və Prezident yanında KİV-ə Dəstək Fondunun prezidenti Vüqar Səfərli (V.Səfərli “Xural” qəzetinə qarşı iddiası olan və qəzetdən heç bir əsası olmadan məhkəmə qərarı ilə cərimə tələb edən məmurlardan biridir) ilə yaxın münasibətdə olub. Adları çəkilən şəxslər Ə. Zeynallı həbs edilməzdən əvvəl   M. Həsənova məxsus “Xəmsə” restoranında bir neçə dəfə  Ə. Həsənov və V.Səfərli ilə  görüşüb. Araşdırma zamanı o da məlum olub ki, V.Səfərov 2010-cu ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən dərhal sonra – iyul ayında “Xural” qəzeti və onun baş redaktoru Ə. Zeynallıya qarşı məhkəmə iddiası qaldırıb, onlardan “şərəf və ləyaqətin təhqiri” müqabilində 500 min manat  -təxminən 460 min Auro tələb edib). Ə. Həsənov isə mətbuatda dəfələrlə
Ə. Zeynallı və “Xural” qəzetinə qarşı müsahibələr verib. “Xural” qəzetinin MŞ-nın “qara siyahı”ya salınması və mətbəələrdə çapına qoyulan qeyri – rəsmi qadağalarda da Ə. Həsənovun adı çəkilir. Araşdırmalar zamanı o da məlum olub ki, Ə. Zeynallı həbs olunduğu gün V. Məmmədov və M. Həsənov “Xural” qəzetinin redaksiyasında olub. Ə. Zeynallı “Kanal13” televiziyasına V. Məmmədovun maşınında gedib. M. Həsənov isə öz maşınında onların arxasınca gəlib.  Araşdırma qrupu hesab edir ki, X. Muxtarov, V.Məmmədov və M. Həsənov Ə. Zeynallıya qarşı ifadə vermək barədə Ə. Həsənovla sövdələşməyə gedib. X. Muxtarovun istintaqa verdiyi ifadəsində V.Məmmədovun və M. Həsənovun adını çəkməsini də təsadüfi saymaq olmaz.
X. Muxtarov ifadəsində rüşvət verdiyini qeyd edib. Lakin Korrupsiyaya  Qarşı Mübarizə İdarəsinin müstəntiqləri X. Muxtarovu rüşvət vermə maddəsi ilə məsuliyyətə cəlb etməyiblər.  
AR CM-nın 312.1-ci maddəsinə əsasən, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi —
– min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 Cinayət Məcəlləsinin 312.2. maddəsinə əsasən,
– Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə,
– iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda sadalanan faktları nəzərə aldıqda  Ə. Zeynallıya qarşı irəli sürülən əlavə ittihamlar saxta olduğu və heç bir dəlilə söykənmədiyi məlum olur.
Faktlar onu göstərir ki,  Ə. Zeynallının həbsi əvvəlcədən hakimiyyətdə yüksək vəzifələrdə təmsil olunan bir qrup şəxs tərəfindən hazırlanan plan əsasında həyata keçirilib.

 Əvəz Zeynallının, “Xural” qəzetinin əməkdaşlarının
telefon danışıqlarının dinlənilməsi

Təhqiqat zamanı məlum olub ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli qərarı ilə Ə. Zeynallı daxil olmaqla “Xural” qəzetinin əməkdaşlarının telefonu dilənilib. Qərar gizli qəbul edilib və bu barədə maraqlı tərəflərə məlumat verilməyib. Eyni zamanda Ə. Zeynallının vəkili E.Sadıqov telefon danışıqlarının dinlənməsi barədə məlumatı istintaqın gedişi zamanı təsadüfən əldə edib. Nəsimi Rayon Məhkəməsi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini E. Sadıqova telefon danışıqlarının dinlənməsi barədə məhkəmə qərarının sürətini verməkdən imtina ediblər. Bununla da Ə. Zeynallının müdafiə işinə bilərəkdən və məqsədli şəkildə maneələr yaradılıb. Ə. Zeynallının  mobil əlaqələrində axtarış və götürmə barədə məhkəmə qərarı CPM-nın uyğun maddələrinə və KİV haqqında qanunun 11-ci maddəsinə zidd çıxarılıb. Təhqiqat qrupu hesab edir ki, Məhkəmənin axtarış və götürmə üçün əsas saydığı hallar faktlardan daha çox şübhələrə söykənib. Bundan başqa  telefon danışıqlarının dinlənilməsi və araşdırılması Ə. Zeynallının və “Xural” qəzetinin əməkdaşlarının  məlumat mənbələrinin ələ keçirilməsi məqsədi güdüb. Bu ona görə edilib ki, Ə. Zeynallının  fikirlərinin mətbuatda dərc edilməsinin qarşısı alınsın. Telefon dinləmələrinin Ə. Zeynallının ittiham edilən maddələri – rüşvət tələb etmə ilə heç bir əlaqəsi yoxdur. Ə. Zeynallıdan başqa barələrində  heç bir ittiham irəli sürülməyən “Xural” qəzetinin əməkdaşlarının da telefon danışıqlarının dinlənilməsi bir daha onu sübut edir ki, Ə. Zeynallının həbsi siyasi xarakter daşıyır. Həbsin məqsədi Ə. Zeynallını hakimiyyət haqqında tənqidi yazılar yazdığı üçün cəzalandırmaqla yanaşı “Xural” qəzetinin susdurulmasına yönəlib.

  “Xural” qəzetinin  əməkdaşlarının təqib edilməsi

Ə. Zeynallı həbs edildikdən sonra “Xural” qəzetinin əməkdaşları təqiblərə məruz qalıb. “Xural” qəzetinin redaksiyası yerləşdiyi ofisdən çıxarılıb. Redaksiyanın yerləşdiyi binanın sahibi redaksiyanın ərazidə “Akkord” şirkətlər qrupunun çoxmərtəbəli bina inşa etməsi ilə əlaqələndirib. Preventiv cavab qrupunun üzvü Ə. Muxtarlı sahibkarın iddiası ilə bağlı  “Akkord” şirkətlər qrupuna məsul vəzifədə çalışan şəxsindən məlumat alıb. Şirkətin adını çəkilməsini istəməyən əməkdaşı sahibkarın iddialarının həqiqətə uyğun olmadığını bildirib. Preventiv cavab qrupunun apardığı araşdırma zamanı məlum olub ki, “Xural” qəzetinin redaksiyasının yerləşdiyi binada hazırda paltar tikişi sexi yerləşir. Bu faktlar onu göstərir ki, “Xural” qəzetinin redaksiyası siyasi hakimiyyətin göstərişi əsasında binadan çıxarılıb.  “Xural” qəzetinin redaksiyası yerləşdiyi binadan çıxarılması ilə yanaşı, qəzetin ayrı-ayrı əməkdaşları naməlum şəxslərin təqibinə məruz qalıb. “Xural” qəzetinin redaktoru Nurəddin Xocaya məxsus  “OKA” markalı 10 KJ 681 dövlət nömrə nişanlı avtomobil oktyabrın 30-da “Kamaz” markalı yük avtomobili tərəfindən vurulub və sürücü aradan çıxıb, noyabrın 6-da isə Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində saxladığı avtomobilinin kapotu və ön şüşəsi kut alətlə yararsız hala salınıb. Həmin gün N.Xocanın evinə zəng edən naməlum şəxslər “bunlardan dərs alıb sakit oturmasan, səni məhv edəcəyik” -deyərək onu hədələyiblər. Qəzetin digər əməkdaşı Kamran Zamanlının “Mersedes” markalı 90 LD 198  dövlət nömrə nişanlı avtomobili isə noyabrın 2-də saat 19 radələrində Heydər Əliyev prospektində dövlət nömrə nişanı olmayan, ön şüşəsinin sağ küncündə Azərbaycan Respublikasının dövlət gerbi əks olunmuş, metal rəngli “Mersedes” markalı avtomobildə əyləşən, təxminən 30 yaşlarında, idmançı görkəmli 2 nəfər şəxs tərəfindən təqib olunub. K.Zamanlı təqibdən 18-ci polis bölməsinə sığınmaqla xilas olmub. K. Zamanlı baş vermiş hadisə ilə bağlı DİN-nin “102” xidmətinə dərhal məlumat verib. 18-ci Polis  Bölməsində təhqiqata başlasa da, nəticəsi olmayıb. Deputat G.Əhmədova isə “Xural” qəzetinin kollektivini acıq  ölümlə hədələyib.  “Yeni Müsavat” qəzetinin 22 noyabr 2011-ci il tarixli sayının 3-cü səhifəsində G. Əhmədovanın açıqlamasını dərc edib. “Gülər Əhmədovadan debat təklifinə sərt reaksiya” başlıqlı açıqlamada G. Əhmədova “Xural” qəzetinin əməkdaşlarını “təpəsinə güllə çaxmaqla” hədələyib.    G.Əhmədovanın vəzifə sahibi və xüsusi imkanlara malik şəxs olduğunu nəzərə alaraq, bu təhdidi “Xural” kollektivinə qarşı ciddi təhlükə kimi dəyərləndirmək lazımdır.  G. Əhmədovanaın açıq təhdidi ilə bağlı “Xural” qəzetinin kollektivi daxili işlər naziri Ramil Usubova müraciət edib. Lakin nazir müraciətə əhəmiyyət verməyib. G. Əhmədovanın təhdidindən sonra,  dekabr ayının 6-da saat 12:54 radələrində “Xural” qəzetinin redaktoru Anar Niftəliyevin(Mahmudoğlu) mobil telefonuna 012- 514-28-67 nömrəli telefondan zəng edən şəxs onu hədələyib. Həmin şəxs A. Niftəliyevə bildirib ki, tənqidi yazılarını yığışdırmasa onu doğrayacaq, bağırsaqlarını yerə tökəcək. Daha sonra həmin şəxs A. Niftəliyevə 2 qız övladının olduğunu, qızlarından birinin məktəbə getmə saatlarını, kiminlə getdiyini, digər körpə qızının evdən çıxmadığını bildirərək, uşaqlarını da öldürməklə hədələyib. A. Niftəliyevə edilən zəngdən 5 dəqiqə sonra eyni nömrədən qəzetin redaktoru N. Xocaya zəng edilib. Naməlum şəxs N. Xocanı hədələməklə yanaşı A. Niftəliyevin 2 qızının olduğunu bildiklərini söyləyib. Həmin şəxs N. Xocaya bildirib ki, dediklərimizi A. Niftəliyevə çatdır. Hadisədən dərhal sonra A. Niftəliyev DİN-nin “102” xidmətinə zəng edərək məlumat verib. Daha sonra A. Niftəliyev 18-ci Polis Bölməsinə dəvət edilib. Orada ondan izahat alınıb. Dekabrın 6-da 18-ci Polis Bölməsinin əməkdaşları, A. Niftəliyev və “Azadlıq” qəzetinin əməkdaşlarının iştirakı ilə naməlum şəxsin zəng etdiyi telefonun yerini müəyyən edib. A. Niftəliyevə və N. Xocaya Nərimanov kinoteatrının qarşısında  quraşdırılmış taksofondan zəng edilib. Preventiv cavab qrupu ərazidə baxış keçirib. Taksofonun yerləşdiyi yerin qarşı tərəfində olan mağazalarda müşahidə kameralarının olmadığı müəyyən edilib. Həmin ərazidə “Nərimanov” kinoteatrının damında, metro stansiyanın girişində, AF Bankın qarşısında   və “Mackdonald’s” restoranının divarlarında müşahidə kameralarının olduğunu müəyyən edib.  18-ci Polis Bölməsi dekabrın 7-də işin ərazi aidiyyəti üzrə 17-ci Polis Bölməsinə verildiyini bildirib. Dekabrın 8-də 18-ci Polis Bölməsinə gedən A. Mahmudoğluya işin hələ bölməyə gəlmədiyini bildiriblər. Dekabrın 9-da A. Mahmudoğlu və  Preventiv cavab qrupunun üzvü Əfqan Muxtarlı 17-ci Polis Bölməsində olub. Bölmədən onlara bildiriblər ki, iş 17-ci Polis Bölməsindən alınaraq Nərimanov rayon Polis İdarəsinin sərəncamına verilib. Şikayət ərizəsi Nərimanov rayon Polis İdarəsinin təhqiqatçısı Şəhriyar Əliyevin icraatındadır. A. Mahmudoğlu və Ə. Muxtarlı təhqiqatçı Ş.Əliyevlə onun öz kabinetində görüşüblər. Ş. Əliyev işin ona dekabrın 8-də axşam saatlarında verildiyini bildirib. A. Mahmudoğlu təhqiqatçıya ona zəng edilən taksofonun olduğu Nərimanov kinoteatrının ətrafında “Preventiv cavab qrupu” ilə  birgə baxış keçirilməsini təklif edib. Ş. Əliyev öz otağında  birgə baxış keçirilməsinə razılıq versə də, idarənin rəisinin qəbulunda olduqdan sonra birgə baxışdan imtina etdi. Ş. Əliyev ərazidə olan müşahidə  kameralarının yaddaşında olan yazıları 1 həftə ərzində əldə edəcəklərini bildirdi. Halbuki, hadisə günü dekabrın 6-da 18-ci Polis Bölməsinin rəisi görüntüləri dərhal əldə edilməsinin mümkün olduğunu bildirmiş, lakin taksofonun 17-ci Polis Bölməsinin ərazisində olduğu üçün görüntülərin də həmin bölmə tərəfindən əldə edilməsinin mümkünlüyünü söyləmişdi. Nərimanov RPİ-nin təhqiqatçısı ərazinin birgə müşahidə etməkdən imtina etdikdən sonra Preventiv cavab qrupu üzvü Ə. Muxtarlı A. Mahmudoğlu ilə birlikdə bir daha ərazidə baxış keçirib. Baxış zamanı taksofonun yerləşdiyi Nərimanov kinoteatrının binası üzərində müşahidə kamerasının olduğu müəyyən edilib. Həmin kamera vasitəsi ilə taksofondan zəng edən naməlum şəxsin aşkar edilməsi mümkündür. Bundan əlavə, Nərimanov parkında DİN-ə məxsus TŞ6 – 2800 nömrəli müşahidə kamerası var. Həmin kameranın müşahidə dairəsi qismən taksofonun yerləşdiyi ərazini əhatə edir.  DİN-ə məxsus TŞ6-OO4 saylı müşahidə kamerası isə Təbriz küçəsi ilə Ağa Nemətulla  küçəsinin kəsişdiyi ərazidə yerləşir. Həmin kameranın da müşahidə dairəsi taksofonun yerləşdiyi ərazini qismən əhatə edir. “Nərimanov” metrosunun girişində quraşdırılan BMB bankomatın kamerası da taksofonun yerləşdiyi ərazini əhatə edir. Yuxarıda sadalanan kameraların yaddaşına baxış keçirməklə A. Mahmudoğluya zəng edən naməlum şəxsin kimliyini müəyyən etmək mümkündür. “Preventiv cavab qrupu” nun araşdırması zamanı məlum olub ki, A. Mahmudoğlu və N. Xocaya təhdid zəngi edildikdən bir gün sonra, müqavilənin olmasına baxmayaraq “E.Q” mətbəəsi  “Xural” qəzetinin əməkdaşları tərəfindən nəşr edilən “ASİ” qəzetini çap etməkdən imtina edib. Dekabrın 8-də A. Mahmudoğlu “ASİ” qəzetinin çap edilməsi üçün Prezident Administrasiyası yanında “Azərbaycan” Dövlət Nəşriyyatına rəsmi müraciət edib. Dekabrın 9-da nəşriyyatın rəhbərliyi qəzeti çap etməkdən imtina edib.
N. Xoca ona edilən təhdid zəngi ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi şikayət etməkdən imtina edib.

Ehtimal olunur ki,  “Xural” qəzetinin əməkdaşlarını və A. Mahmudoğlunu təhdid edən şəxslər eyni mərkəzdən idarə olunur. Nəzərə almaq lazımdır ki, A. Mahmudoğluya edilən təhdid zəngindən bir gün sonra “E.Q” mətbəəsi “ASİ” qəzetinin nəşrindən imtina edib.  A. Mahmudoğlunun təhdidi ilə “ASİ” qəzetinin çapından imtina edilməsi bir-biri ilə sıx bağlı olan əməllərdir.  Bundan əlavə G. Əhmədovanın “Yeni Müsavat” qəzetinin 22 noyabr 2011-ci il tarixli sayında verdiyi  açıqlaması da cinayət tərkiblidir. O bildirib ki, “bu insanların barəmdə yazdıqlarına görə onların təpəsinə güllə çaxmalıyam.”
(http://www.musavat.com/new/Media/112633- GÜLƏR_ƏHMƏDOVADAN_DEBAT_TƏKLİFİNƏ_SƏRT_REAKSİYA)

Vacib detallardan biri deputatın açıqlamasının mərhum yazıçı və jurnalist  Rafiq Tağının bıçaqlamasından sonra verilməsidir. Jurnalistə qarşı sui-qəsdin fonunda  Baş Prokurorluq deputatın açıqlaması ilə bağlı  araşdırma aparmayıb. Diqqət yetirmək lazımdır ki, G. Əhmədovanın açıqlaması ilə bağlı “Xural” qəzetinin kollektivinin  daxili işlər naziri R.Usubova etdikləri müraciətə  əhəmiyyət verilməyib.

G. Əhmədovanın açıqlamasından sonra A. Niftəliyevin və N. Xocanın təhdid edilməsi təsadüfi saymaq olmaz. “Xural” qəzetinin əməkdaşlarına edilən bütün təhdidlərin eyni mərkəzdən idarə edilməsi ehtimalları böyükdür. Bu mərkəz barədə G. Əhmədovanın məlumatlı olması da  istisna edilmir.  “Xural” qəzetinin əməkdaşlarına təhdidlər və “ASİ”, “Xural” qəzetlərinin çapına qoyulan qeyri-qanuni qadağalar kompleks şəkildə araşdırılmalı, istintaqa G. Əhmədova ilə yanaşı, “Azərbaycan” nəşriyyatının, “EKSPRES-Service” və “E.Q” mətbəələrinin rəhbərləri də cəlb edilməlidir. Yalnız bu halda A. Niftəliyev də daxil olmaqla “Xural” qəzetinin digər əməkdaşlarını təhdid edən şəxslərin kimliyini müəyyən etmək mümkündür.

 Daxili işlər nazirinin Əvəz Zeynallıya təklifləri

Ə. Zeynallı və “Xural” qəzetinin əməkdaşları, həbsdə daha çox, dövlət başçısı İlham Əliyevin, Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin və Prezident Administrasiyası İctimai Siyasi Şöbəsinin müdiri Ə.Həsənovun maraqlı olduğunu iddia edirlər. İctimai Təhqiqat Qrupunun apardığı araşdırmalar zamanı məlum olub ki,  “Xural” qəzeti nəşr edildiyi gündən hakimiyyətin fəaliyyətini tənqid edən məqalələrin nəşrinə daha çox üstünlük verilib. Qəzetdə hakimiyyətin yanlış siyasəti, korrupsiya, rüşvətxorluq, demokratiya problemləri barədə geniş məqalələr dərc edilib. “Xural” qəzetində PA-nın rəhbəri R.Mehdiyev, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri V. Səfərli, PA-nın İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında Azərbaycan Nəşriyyatının direktoru, Milli Məclisin deputatı Ağabəy Əsgərov, daxili işlər naziri R. Usubov və digər yüksək rütbəli məmurlar barədə sərt tənqidi məqalələr dərc edilib. “Xural” qəzetində dərc edilən məqalələr hakimiyyəti ciddi narahat edib. Nazir R. Usubov Ə. Zeynallı ilə görüşüb. Görüş 2011-ci ilin iyulun 29-da DİN-də R.Usubovun otağında baş tutub. Ə. Zeynallı görüşün detalları barədə mətbuata açıqlama verib. Ə. Zeynallının bildirdiyinə görə, R. Usubov ona İlham Əliyev və Ramiz Mehdiyevə qarşı tənqidləri dayandırmağı xahiş edib. Bunun müqabilində R. Mehdiyevin Ə. Zeynallıya qarşı qaldırdığı iddiasından geri çəkiləcəyini, “Xural” qəzetini yeni ofis və maliyyə ilə təmin edəcəyini vəd edib. Ə. Zeynallı R. Usubovun təkliflərini qəbul etməyib. Araşdırma qrupu onu da müəyyən edib ki, görüş barədə Ə. Zeynallının verdiyi açıqlamaları R. Usubov təkzib etməyib.

 Yüksək vəzifəli şəxslərin “Xural” qəzetinə qarşı qaldırdıqları məhkəmə iddiaları

Ə. Zeynallının həbsində, məhkəmə prosesində və axtarış tədbirləri zamanı  ciddi qanun pozuntularının olduğunu nəzərə alan İctimai Təhqiqat Qrupu hesab edib ki, Ə. Zeynallı siyasi hakimiyyətin sifarişi ilə həbs edilib. Həbslə bağlı sifarişin kim tərəfindən verilməsi ilə bağlı İctimai Təhqiqat Qrupu araşdırma aparmaq barədə qərar qəbul edib. Təhqiqat Qrupunun üzvü Əfqan Muxtarlı  “Xural” qəzetinin redaktoru Nurəddin İsmailov (Xoca) və qəzetin direktoru Nizamı Həsənovdan  “Xural” qəzetinə edilən məmur təzyiqləri barədə ifadə alıb. Qəzetin direktoru N. Həsənovun verdiyi ifadəyə görə “Xural” qəzetinə qarşı hər zaman yüksək rütbəli məmurlar tərəfindən təzyiqlər olub. Lakin təzyiqlər 2010-cu ildən etibarən intensiv  xarakter alıb.

N. Həsənovun bildirdiyinə görə, “Xural” qəzetinin  2010-cu il 23 may tarixli 019(379) sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu? ” başlıqlı məqalə Elcin Uğurtal adlı müəllifin imzası ilə dərc edilib. (məqalə hesabata əlavə edilir). Məqalə hazırda PA rəhbəri vəzifəsində çalışan R.Mehdiyevin xalq şairi B.Vahabzadəyə və onun siyasi arenadan uzaqlaşdırılmasına qarşı etdiyi əməllər barədə müəllif fikirləri yer alıb. R. Mehdiyev Nərimanov Rayon Məhkəməsində Mülki Məcəllənin 147-ci maddəsinə əsasən “Xural” qəzetinə və baş redaktor Ə. Zeynallıya qarşı iddia irəli sürüb. R. Mehdiyev iddiasında şərəf və ləyaqətinin alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumatları yaydığına görə “Xural” qəzetinin redaksiyasının üzərinə iddiaçı R. Mehdiyevdən yazılı şəkildə qəzetdə dərc edilməklə üzr istəmək, təkzib verilməsini tələb etməklə yanaşı Ə.Zeynallıdan 10.000 (on min) manat məbləğində pulun tutularaq “Ümid yeri” uşaq evinə verilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsi 2 iyul 2010-cu il tarixində R. Mehdiyevin iddiasını təmin edib. Ə. Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. 1 sentyabr 2010-cu il tarixində Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxaraq, Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ə. Zeynallı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin mülki Kollegiyasına kasasiya şikayəti verib. Ali Məhkəmənin Mülki Kollegiyası 18 fevral 2011-ci ildə şikayətin təmin edilməməyi barədə qərar qəbul edib. N. Həsənovun verdiyi məlumata görə, iddiaçı tərəfin vəkili Nərimanov Rayon Məhkəməsinin ilk iclasında təkzib verildiyi halda iddianın geri götürüləcəyini bildirib. Tərəflər arasında əldə olunan razılığa əsasən “Xural” qəzeti rəsmi şəkildə R.Mehdiyev barədə yazılanlara təkzib verməklə üzr istəyib. Lakin R. Mehdiyev sonradan razılaşmanı pozub.
N. Həsənovun verdiyi məlumata görə, R. Mehdiyevin iddiasından sonra Prezident Yanında KİV-ə Dəstək Fondunun rəhbəri V.Səfərli “Xural” qəzetinə qarşı Nərimanov Rayon Məhkəməsində şərəfin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. V. Səfərli “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc edilmiş “İlham Əliyev “Xural”ın prezidenti deyil?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini iddia edərək Ə. Zeynallının 10 000 (on min) manat məbləğində cərimə edilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsi 12 oktyabr 2010-cu il tarixində V. Səfərlinin iddiasının qismən təmin edərək, Ə. Zeynallının 500 (beş yüz) manat cərimə edilməsi barədə qərar çıxarıb. Hər iki tərəf Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Şikayətlərə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 7 fevral 2011-ci ildə Ə. Zeynallının Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.  Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası V. Səfərlinin şikayətini qismən edərək Ə. Zeynallının 5 (beş) min manat cərimələnməsi barədə qərar qəbul edib.

 Mətbuat Şurasının “Xural” qəzetini “qara siyahı”ya salması

16 sentyabr 2011-ci il tarixində MŞ-nın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistikaya” qarşı mübarizə komissiyasının iclasında “Xural” qəzeti barədə şikayətlərə baxılıb. Mətbuat Şurasının yaydığı rəsmi xəbərdə “Xural” qəzeti barədə Lənkəran Dövlət Universitetinin rektoru, “Azərbaycan” Nəşriyyatının direktoru, Bilgəh Kardioloji Sanatoriyasının direktoru, Ağdam Rayon Prokurorluğu  və Sabirabad Rayon İcra Hakimiyyəti başçısı və  Bərdə Rayon İcra Hakimiyyəti şikayət etdiyi bildirilir. (Mətbuat Şurasının rəsmi açıqlaması hesabata əlavə olunur).  “Xural” qəzetinin baş redaktoru Ə. Zeynallı Mətbuat Şurasında gedən müzakirələrə qatılmaqdan imtina edib. Ə.Zeynallı MŞ-a məktub göndərərək, “Xural” qəzetinin MŞ-nın Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri olduğunu və bu təşkilatın üzvü olmadığını xatırladıb, eyni zamanda MŞ-nın qəzetlərlə bağlı şikayətlərin araşdırılması səlahiyyətinə malik olmadığını və bunun üçün məhkəmələrin fəaliyyət göstərdiyini bildirib. Ə. Zeynallının iştirak etmədiyi iclasda “Xural” qəzetinin MŞ-nın “qara siyahı”sı salınması qurumun İdarə Heyətinə tövsiyə edilib. 19 sentyabr 2011-ci ildə Mətbuat Şurasının İdarə Heyəti “Xural” qəzetini “qara siyahı”ya salıb.
“Xural” qəzeti barədə MŞ-a şikayət edən şəxslərin hamısının büdcə təşkilatlarının rəhbərləri olduğu diqqət çəkən məqamlardan biridir. Bundan əlavə, “Xural” qəzeti barəsində MŞ-a müraciət edən  “Azərbaycan”  nəşriyyatının direktoru, Sabirabad və Bərdə rayon icra hakimiyyətlərinin başçıları birbaşa PA-nın rəhbəri R. Mehdiyevin tabeçiliyində olan şəxslərdir. R. Mehdiyev  “Xural” qəzetini ictimai nüfuzuna zərbə vurmaq məqsədi ilə birbaşa tabeçiliyində olan “Azərbaycan” nəşriyyatının direktoru, Sabirabad və Bərdə rayonlarının icra hakimiyyətlərindən istifadə edib. İctimai Təhqiqat Qrupu hesab edir ki, MŞ səlahiyyət həddini aşmaqla yanaşı Azərbaycan Məhkəmələrinin funksiyasını  qeyri-qanuni mənimsəyərək “Xural” qəzetinin AR CM-də əksini tapmış “rekertçilik” maddəsi ilə ittiham edib. Nəzərə almaq lazımdır ki, MŞ-nın bu tipli qərarının qeyri – qanuni hesab edilməsi presedenti mövcuddur. Belə ki, MŞ-nın “Təzadlar” qəzetini qara siyahıya salması barədə qərarının qanunvericiliyə zidd olması barədə AR Ali  Məhkəməsinin  qərarı var.

  “Xural” qəzetinin əmlakının müsadirə edilməsi

19 sentyabr 2011-ci il tarixində Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları saat 9:00 radələrində “Xural” qəzetinin redaksiyasına gəlib. Saat 11: 00 – da icra şöbəsinin əməkdaşları qəzetin əmlakının yenidən siyahıya alınacağını bildiriblər. İcra şöbəsinin əməkdaşları yenidən siyahıya alınmanı “Xural” qəzetinin gündəlik nəşrə keçməsi ilə əsaslandırıblar. Əmlakın yenidən siyahıya alınması barədə qərar qəzet rəhbərliyinə təqdim edilməyib.  Əmlak siyahıya alınarkən “Xural” qəzeti ilə eyni binada yerləşən “Liberal.az” saytına məxsus 2 ədəd kompüter də siyahıya alınıb. Saat 16:00-da əmlakın yenidən siyahıya alınması başa çatıb.  Yenidən siyahıya alma başa çatdıqdan sonra icra şöbəsinin 2 əməkdaşı redaksiyanın qapısı önündə keşik çəkib. Saat 19:00- da icra əməkdaşları yenidən redaksiyaya qayıdaraq əmlakın müsadirə ediləcəyini bildiriblər. İcra şöbəsinin rəhbərliyi “Xural” qəzetinin baş redaktoruna qəzetin əmlakının müsadirə edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin qətnaməsini təqdim edib (Qətnamənin sürəti hesabata əlavə edilir). İcra nümayəndələri qanunun tələblərini kobud sürətdə pozaraq, məhkəmə hökmünün qanuni qüvvəyə minməsini gözləmədən, icra vərəqəsi təqdim etmədən əmlakın müsadirəsinə başlayıb. Qanunsuzluğa etiraz edərkən isə İcra Şöbəsinin rəisi “gedin bizdən şikayət edin” deyərək etirazlara məhəl qoymayıb. Qəzetin əmlakı müsadirə edilərkən “Liberal.az” saytına məxsus texniki avadanlıq da icra şöbəsinin əməkdaşları tərəfindən götürülüb. Ciddi qanun pozuntuları ilə müşahidə edilən müsadirə əməliyyatı, MM-in deputatı İqbal Ağazadə də daxil olmaqla ictimaiyyət nümayəndələrinin gözü qarşısında baş verib. İctimai Təhqiqat Qrupu hesab edir ki, Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları müsadirə  zamanı “Xural” qəzetinin İnsan Haqları Konvensiyanın 8-ci və 10-cu maddələrdə göstərilən hüquqları pozulub.

 Ədliyyə Nazirliyinin (ƏN) açıqlamaları

Oktyabrın 21-də Ədliyyə Nazirliyi(ƏN) “Xural” qəzeti barədə rəsmi bəyanat verib (Bəyanat hesabata əlavə edilir). İctimai Təhqiqat Qrupu ƏN-nin 21 oktyabr 2011-ci il tarixli “Xural” qəzeti ilə bağlı yaydığı bəyanatı siyasi xarakterli hesab edir. Bəyanatda ƏN-i  funksiyasına uyğun olmayan, daha çox siyasi hakimiyyətin və PA-nın rəhbəri R.Mehdiyevin mövqeyini aşıq şəkildə müdafiə edən ifadələr yer alıb. ƏN-i eyni zamanda həmin bəyanatla ictimaiyyəti aldadan məlumatlara yer verib. Belə ki, “Xural” qəzetinə qarşı iddia qaldırmış şəxslər siyahısına R. Mehdiyevin adı daxil edilməyib. Bununla da, cəmiyyətdə R. Mehdiyevin “Xural” qəzetinə qarşı iddiasından imtina etmək rəyi formalaşdırılıb. Bir çox qəzetlər, o cümlədən “Yeni Müsavat” qəzeti 21 oktyabr 2011-ci il tarixli buraxılışında “Ramiz Mehdiyev “Xural”a qarşı iddiasını geri götürübmüş” başlıqlı məqalə(http://www.musavat.com/new/Media/110665-
RAMİZ_MEHDİYEV_“XURAL”a_QARŞI_İDDİASINI_GERİ_GÖTÜRÜBMÜŞ…) dərc edib. Məqalə müəllifi ƏN-nin bəyanatına istinad edərək, R. Mehdiyevin iddiasından geri çəkildiyini bildirib. Həmin məqalədə MŞ-nın eyni mövqeyi də öz əksini tapıb. Bu faktdan göründüyü kimi, ƏN-nın bəyanatı ictimai rəyi siyasi hakimiyyətin xeyrinə formalaşdırmaq məqsədi güdüb.

Oktyabrın 25-də ƏN Ə.Zeynallı barədə cinayət işinin başlandığı haqda məlumat yayıb. Rəsmi məlumatda Ə. Zeynallının məhkəmə qərarlarının icrasına maneçilik törətməkdə təqsirli bilindiyi və barəsində AR CM-nın 306.2-ci maddəsi (vəzifəli şəxs olaraq məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməkdə)    ilə cinayət işi qaldırılıb. Ə. Zeynallı barəsində cinayət işinin açılması məlumatını mətbuat vasitəsi ilə öyrəndiyini bildirib. ƏN ikinci dəfə qanunları kobud sürətdə pozaraq barəsində cinayət işi qaldırılan şəxsə məlumat vermədən xəbəri mətbuata açıqlayıb. Digər tərəfdən, Ə. Zeynallının hərəkətlərində CM-nın 306.2-ci maddəsində nəzərdə tutulan hallar mövcud olmayıb. Belə ki, Ə. Zeynallı İcra Şöbəsinin əməkdaşlarına qəzetin əmlakının üzərinə həbs qoyulmasına, siyahıya alınmasına,  təkrar siyahıya alınmasına və müsadirə edilməsinə maneçilik törətməyib. Əmlakın müsadirə edilməsi aktında Nərimanov İcra Şöbəsinin əməkdaşları Ə. Zeynallının məhkəmə hökmünün icrasına yardımçı olması barədə rəy verib  Ə. Zeynallının barəsində ƏN tərəfindən sifarişli cinayət işinin açılmasını sübut edən əsas fakt isə CM-nın 306.2 maddəsi ilə Ə. Zeynallının istintaqa cəlb edilməməyidir. Həmin cinayət işi artıq “unudulub”.
Bu fakt onu deməyə əsas verir ki,  Azərbaycan hakimiyyəti Ə. Zeynallını CM-nın 306.2-ci maddəsi ilə həbs etmək qərarına gəlib. Lakin sonradan həmin maddə ilə Ə. Zeynallının həbsinin qeyri-mümkün olması qənaətinə gəlinib. Və nəticədə Ə. Zeynallı tamam başqa ittihamla həbs edilib. Eyni zamanda ƏN həmin ittihamla bağlı cinayət işinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildiyini bildirib. Lakin Ə. Zeynallıya  ittiham elan edilməyib.

 Əvəz Zeynallının müdafiəsinin məhdudlaşdırılması

İctimai Təhqiqat Qrupu apardığı araşdırma zamanı məlum olub ki, istintaq orqanı davamlı olaraq Ə. Zeynalının müdafiə imkanlarını məhdudlaşdırır. Məhdudlaşdırma əsasən, Ə. Zeynallının vəkili E.Sadıqova edilən təzyiqlər və müdafiəyə lazım olan sənədlərin verilməməyində özünü göstərir. Belə ki,  08 dekabr 2011-ci il tarixdə G.Əhmədovanın yazdığı lent yazısı olan CD ekspertizaya göndərilib. Vəkil E.Sadıqov ekspertə verilən suallarla tanış olub. Vəkil ekspert qarşısında əlavə olaraq iki sual qoyub. Sualın biri CD-dəki audio yazının nə vaxt yazılmasının müəyyən edilməsi, ikincisi CD-dəki audio yazının hansı direktoriyadan CD-yə köçürülməsinin müəyyənləşdirilməsi ilə bağlı olub. Vəkilin  alternativ ekspertiza üçün audio yazının sürətinin verilməsi barədə qaldırdığı vəsatət də təmin edilməyib.  10 dekabr 2011-ci il tarixdə vəkil və müstəntiq Ə. Zeynallının səs nümunəsinin götürülməsi üçün Bakı İstintaq Təcridxanasına olub. Ə.Zeynallı səs nümunəsi verməkdən imtina edib. Ə. Zeynallı G. Əhmədovanın məhkəməyə təqdim etdiyi səs yazısının sürətinin verilməsi üçün  yenidən vəsatət qaldırıb. Baş redaktor vəsatətində qeyd edib ki, əgər audio yazının sürəti ona təqdim edilərsə o, səs nümunəsi verəcək. Müstəntiq audio yazını təqdim etməkdən imtina edib. Ə.Zeynallının səs nümunəsi verməkdən imtina etməsinin əsas səbəbi istintaq orqanının əlində heç bir audio yazının olmaması və onun verəcəyi səs nümunəsi ilə Gülər Əhmədovanın səsinin montaj ediləcəyi ehtimalının olmasıdır. Ə. Zeynallı müdafiəsini təmin etmək üçün audio yazının özündə və vəkilində olmasını tələb edir. Müstəntiq  isə bundan imtina edib.
Vəkil E. Sadıqovun  preventiv cavab qrupuna verdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasında təzyiqlərə məruz qalır. Vəkil Ə. Zeynallı ilə görüşü zamanı aralarında olan söhbətlərə qulaq asılır. Vəkilin dosyelərinə baxış keçirilir. Ə.Zeynallı vəkillə görüşə  gec gətirilir və bu hal  Ə. Zeynallının vəkillə görüşünün vaxtını məhdudlaşdırır. Baş vermiş qanunsuzluqla bağlı E. Sadıqov  Ombudsman Elmira Süleymanovaya etdiyi müraciətə də baxılmayıb.
Qeyd edək ki, Ə.Zeynallı 29 oktyabr 2011-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bir neçə dəfə vəkili E.Sadıqovla görüşüb. Hər dəfə vəkillə görüşdən əvvəl Ə.Zeynallının üzərində axtarış aparılır, vəkillə müzakirə etməyə gətirdiyi qeydlərə baxış keçirilir və vəkillə görüşdən sonra da üzərində axtarış aparılır və bütün qeydlərə baxış keçirilir. Daha sonra saxlanıldığı kameraya aparılır.
Vəkil E.Sadıqov İstintaq Təcridxanasına girməzdən əvvəl qadağan olunmuş əşyaların olub – olmaması haqqında sorğu-sual edilir və hər dəfə bununla bağlı qəbzə imza atır. İstintaq otaqlarından çıxdıqdan sonra Ə.Zeynallı təcridxana əməkdaşları tərəfindən söhbət zamanı nədən danışdıqları, üzərində hər-hansı yazı olub-olmaması ilə bağlı sorğu-sual edilir və yoxlanılır. Təcridxana əməkdaşlarının sözlərindən məlum olur ki, istintaq otaqlarında dinləmə və görüntüləmə qurğuları var və onlar bizim söhbətlərimizin məzmununu bilirlər, sadəcə olaraq onlara yazılı əlaqələrimiz lazımdır. Belə ki, biz dinlənildiyimizi bildiyimizdən söhbətlərimizi əsasən yazılı aparırıq.

“Yeni Müsavat” qəzetinin 22 noyabr 2011-ci il tarixli buraxılışında “Gülər Əhmədovadan debat təklifinə sərt reaksiya” başlıqlı,  “Ya söyüş söyməliyəm, ya da onların təpəsinə güllə çaxmalıyam” yarımbaşlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə deputat G.Əhmədova Ə.Zeynallını, onun ailəsini və yaxınlarını təhdid edərək deyir: – “Mən onların səviyyəsinə enə bilmərəm. Onların səviyyəsi sayt və qəzetdən aydın görünür. Mən debata çağıranda polemika qabiliyyəti olan, səviyyəli şəxslərdən danışırdım. Bu gün mən ya onların səviyyəsinə enib söyüş söyməliyəm. Bunu da etmərəm, çünki ana və millət vəkiliyəm. Ya da bu insanların barəmdə yazdıqlarına görə onların təpəsinə güllə çaxmalıyam”…

Bu təhdidlə bağlı Ə. Zeynallının ailəsi və yaxınları daxili işlər naziri R. Usubova müraciət ediblər. Bundan başqa Ə.Zeynallı özü də, daxili işlər naziri  R.Usubova, ədliyyə naziri Fikrət Məmmədova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. O, müraciətinin birini 24 noyabr 2011-ci il tarixdə təcridxananın rəisi Elxan Sadıqova verib. Müraciətin təqdim edilməsi və göndərilməsi barədə Ə. Zeynallıya heç bir qəbz verilməyib.

Şikayətinin rəsmi qəbul edilmədiyini, lakin ailəsinin, yaxınlarının və özünün təhlükədə olması ilə bağlı real təhdid edildiyini anlayan Ə.Zeynallı etdiyi müraciətin bir nüsxəsini 25 noyabr 2011-ci il tarixdə vəkili E.Sadıqova verib ki, həmin müraciətləri daxili işlər naziri  R.Usubova, ədliyyə naziri F. Məmmədova və milli təhlükəsizlik naziri E.Mahmudova göndərsin, müraciətin bir nüsxəsini isə özündə saxlasın .
25 noyabr 2011-ci il tarixdə saat 17.50 radələrində Ə.Zeynallı ilə vəkili E. Sadıqovun görüşü 6 saylı istintaq otağında başa çatıb. Görüşdən sonra Ə. Zeynallı axtarış aparılması üçün xüsusi otağa aparılıb.  İstintaq otaqlarında işləyən Oqtay adlı əməkdaş “səninlə işim var” adı ilə E.Sadıqovu 3-cü otağa çağırıb. Orada bildirib ki, Ə.Zeynallının yazıları mətbuata çıxdığına görə rəhbərlik onu çox incidir. Bununla bağlı ona töhmət veriblər və mükafat kimi almalı olduğu 500 (beş yüz) manatdan məhrum edilib. O  E. Sadıqova onun üzərini axtarmağı özünə rəva görmədiyini deyib. Üzərində Ə.Zeynallının yazısı varsa, ona təqdim etməyi tələb edib. Əks təqdirdə E.Sadıqovun üst-başını məcburi qaydada axtaracağını bildirib. E.Sadıqov deyir ki, onun (Oqtayın – nəzərdə tutulur) vəkili yoxlamağa icazəsi yoxdur. Oqtay onu axtarmağa cəhd edib, bu zaman E.Sadıqov Ə.Zeynallının  nazirlər R Usubova,  F.Məmmədova və E.Mahmudova etdiyi müraciəti göstərib.
Oqtay bildirib ki, o bu müraciəti mütləq rəisinə göstərməlidir. Elçin Sadıqov vəkilə verilən  məlumat başqa şəxsə göstərilə  desə də, Oqtay buna əhəmiyyət verməyib. E.Sadıqov Oqtayla birlikdə rəisin yanına gedib: “İkinci mərtəbəyə çıxdıqda gördük ki, artıq rəis getməyə hazırlaşır. Rəisin yanında müavin Süleyman Süleymanov var idi. Oqtay müraciəti rəisə uzatdıqda rəis bildirdi ki, bu müraciətdən birini də Əvəz ona verib. Rəis müraciəti Süleymana verdi”. E. Sadıqov müraciəti tələb etsə də, S.Süleymanov müraciəti ona geri qaytarmayıb. E.Sadıqov müraciətin götürülməsi haqqında qəbz verilməsini tələb etsə də, ona qəbz verilməyib. Bildirilib ki, axşam Oqtay müraciətin vəkildən götürülməsi ilə bağlı “akt” tərtib edəcək və səhəri gün yəni 26 noyabr 2011-ci il tarixdə tərtib olunacaq aktın sürətini E.Sadıqova təqdim edəcək. 26 noyabr 2011-ci il tarixdə E. Sadıqov təcridxanaya gedib aktı tələb edib. Oqtay aktı S.Süleymanova  verdiyini bildirib.
26 noyabr 2011-ci il tarixdə Ə.Zeynallı görüş zamanı Azərbaycan Respublikasının daxili işlər naziri R.Usubovun istintaqa cəlb olunaraq dindirilməsi haqqında şəxsən əlyazma ilə vəsatət yazmış və həmin vəsatəti lazımi vaxtda müstəntiqə təqdim etmək üçün E.Sadıqova verib. Yenə vəkil E.Sadıqov təcridxanadan çıxarkən axtarışa məruz qalıb, üzərindən Ə. Zeynallının əllə yazdığı vəsatət aşkar olunub. Oqtay bu dəfə Ə. Zeynallını və E.Sadıqovu S.Süleymanovun yanına aparıb. S.Süleymanov vəsatəti diqqətlə oxuduqdan sonra geri qaytarıb.

01 dekabr 2011-ci il tarixində saat 15.30 radələrində Nəsimi Rayon Məhkəməsində Ə.Zeynallının barəsində seçilmiş həbs – qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətlə baxılarkən, istintaq orqanının danışığından məlum olub ki,  onlara təcridxanadan daxili işlər naziri R.Usubovun istintaqa cəlb olunaraq dindirilməsinə dair  vəsatət barədə məlumat verilib.

Faktiki olaraq təcridxanada Ə.Zeynallının vəkili ilə  konfidensial görüşmək üçün heç bir şərait yoxdur. Əvəz Zeynallı ev dustaqlığına buraxılmadığına görə, vəkil konfidensial əlaqə saxlamaq hüququndan məhrum olunduğunu diqqətə çatdırıb. Bu isə təqsirləndirilənin müdafiə hüququnun və vəkilin hüquqlarının ən kobud şəkildə pozulması deməkdir.

E. Sadıqovun bildirdiyinə görə, Ə. Zeynallı ilə görüşə gedərkən qeydiyyatdan keçib istintaq otağına gedir. Ə.Zeynallının gətirilməsi üçün tələbnaməni təcridxana əməkdaşlarına təhvil verir. Lakin Ə.Zeynallını vəkil ilə  görüşə bilərəkdən gec gətirirlər və təxminən 60 metr aralıda olan kameradan Ə. Zeynallını ən tezi 40-50 dəqiqəyə gətirilir. Vəkil hesab edir ki, bu hal Ə. Zeynallı ilə vəkilin görüşünü məhdudlaşdırmaq üçün edilir. E. Sadıqov vəziyyətlə bağlı 26 noyabr 2011-ci il tarixdə təcridxana rəisinə müraciət etsə də,  müsbət cavab ala bilməyib.

Bununla 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi AR CPM-nin müddəalarını kobud şəkildə pozub.

Belə ki, CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçi söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququna malikdir. Konfidensial ünsiyyət təkcə söhbətləri yox, eyni zamanda bütün ünsiyyət formalarının, qeydlərin, məlumatların da konfidensial saxlanılmasını özündə ehtiva edir.

Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.

Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən, Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır.

Qanunun 17-ci maddəsinə əsasən, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaq sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkillə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə, həmçinin həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilə bilməz.

 Ə. Zeynallının vəsatətlərinin təmin edilməməsi

İstintaq Orqanları və məhkəmələr Ə. Zeynallının qaldırdığı vəsatətləri bir qayda olaraq təmin etmirlər. Ə.Zeynallının ev dustaqlığına və ya girova buraxılmaması barədə qaldırdığı vəsatətlər də təmin edilməyib. Bu zaman Konvensiyanın 5-ci maddəsi pozulub.
01 dekabr 2011-ci il tarixdə Ə.Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəkilin vəsatəti də əmin edilməyib.

  “Xural” qəzetinin nəşrinə qeyri -rəsmi qadağa qoyulması faktı

“Xural” qəzetinin əmlakı müsadirə edildikdən bir gün sonra sentyabrın 20-də mətbəələr qəzetin nəşrindən imtina edib. Uzun illər “Xural” qəzetini çap edən “Ekspress-Service” mətbəəsi heç bir əsas göstərmədən “Xural” qəzeti ilə bağlanan müqaviləni birtərəfli qaydada pozub. İctimai Təhqiqat Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları mətbəəyə gələrək “Xural” qəzetinin çapının dayandırılmasını tələb edib. PA-nın ictimai – siyasi şöbəsinin rəhbəri Ə.Həsənovun birbaşa göstərişindən sonra mətbəə qəzetin çapından imtina edib. “Xural” qəzeti çap olunmaq üçün  dövlət nəşriyyatı olan “Azərbaycan” nəşriyyatına rəsmi müraciət edib. Lakin nəşriyyat qəzeti çap etməkdən imtina edib. Qəzet rəhbərliyi digər özəl mətbəələrə etdiyi müraciətlər də nəticəsiz qalıb. Mətbəə rəhbərləri  qeyri-rəsmi söhbətləri zamanı “Xural” qəzetinin çap edilməsinə PA səviyyəsində qadağa qoyulduğunu bildiriblər.

  “ASİ” qəzetinin nəşrinə qeyri rəsmi qadağa qoyulması

“Xural” qəzetinin kollektivi qəzetin çapına qoyulan qeyri-qanuni qadağa üzündən “ASİ” qəzetini nəşr etmək barədə qərar qəbul edib.  4 dekabr 2011-ci il tarixində “ASİ” qəzetinin 1-ci sayı nəşr edilib. Lakin dekabrın 7-də qəzeti çap edən “E.Q” mətbəəsinin sahibi “ASİ” qəzetinin direktoru N.Həsənova zəng edərək “ASİ” qəzetinin çap etməyəcəklərini bildirib. Bundan sonra qəzetin kollektivi “Azərbaycan” nəşriyyatına rəsmi müraciət edib. Nəşriyyatın rəhbərliyi “ASİ” qəzetini çap etməkdən imtina edib. Digər mətbəələrdə “ASİ” qəzetini çap etməkdən imtina edib. “Preventiv cavab qrupu”nun rəhbəri   Ə. Muxtarlı məsələ ilə bağlı bir sıra mətbəələrin rəhbərləri ilə görüşüb. Mətbəə sahibləri adlarının açıqlanmaması şərti ilə bildiriblər ki,  “Xural” və “ASİ” qəzetlərinin çapına PA səviyyəsində qadağa qoyulub.

  “Xural” qəzetində hakimiyyəti tənqid edən məqalələr

“Preventiv cavab qrupu” Ə. Zeynallının həbsinin onun peşə fəaliyyəti ilə bağlı olması ehtimallını araşdırıb. Araşdırmalar zamanı məlum olub ki, “Xural” qəzetində davamlı olaraq siyasi hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslər tənqid edilib. Tənqid edilən məmurlar arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, və Milli Məclisin deputatları var. Ə. Zeynallının həbsi prezident İlham Əliyev barədə sərt tənqidi yazıların dərc edilməsindən sonraya təsadüf edir. “Xural” qəzeti gündəlik nəşrə başladıqdan sonra, müəlliflər, Anar Mahmudoğlu, Əfqan Muxtarlı, Razı Abbasbəyli, Bakir Həsənbəyli, Nurəddin Xoca və Ə. Zeynallı İlham Əliyev barədə tənqidi köşə yazıları ilə çıxış edib. Xüsusilə prezident İlham Əliyevin 16 oktyabr tarixində “Əl- Cəzirə” telekanalına verdiyi müsahibəsi daha çox  tənqidə məruz qalıb. İ. Əliyevin Azərbaycanın müstəqilliyi və Qarabağ müharibəsi ilə bağlı fikirlərinin yanlış olduğunu düşünən müəlliflər müsahibə ilə bağlı  öz fikirlərini bildiriblər. İ. Əliyevin “Əl – Cəzirə” telekanalına müsahibəsi ilə bağlı Ə.Zeynallı da köşə yazıları ilə çıxış edib. Ə. Zeynallının imzası ilə “Xural” qəzetinin 062 (472), 17 oktyabr 2001 ci il tarixli sayında  “İlham Əliyev müstəqilliyə qarşı” başlıqlı geniş təhlil yazısı dərc edilib. Ə. Zeynallı prezident İ. Əliyevin “Əl- Cəzirə” kanalına verdiyi müsahibəsini təhlil edərək onu xalqdan üzr istəməyə, yaxud istefa verməyə səsləyib.  “Xural” qəzetinin əmlakının müsadirəsindən sonra Ə. Zeynallı  “Xural” qəzetinin  065 (475), 20 oktyabr 2011 –ci il tarixli sayında “Uduzmağa məhkumsuz” başlıqlı köşə yazısı ilə çıxış edib. Ə. Zeynallı qəzetin əmlakının müsadirə edilməsinin göstərişinin məhz bu yazılara görə İ. Əliyev tərəfindən verildiyini bildirib. Müəllif fikrini “Xural” qəzetində İ. Əliyevin “Əl – Cəzirə” telekanalına  verdiyi müsahibəsinin tənqid edilməsi və R. Mehdiyev amili ilə əsaslandırıb. Ə. Zeynallı öz köşəsində vurğulayıb ki, “Xural” qəzetində İ. Əliyev barədə yazılan tənqidi məqalələr prezidentin qəzəbinə səbəb olub.
Araşdırma qrupu “Xural” qəzetinin son bir aylıq gündəlik nəşrini araşdırarkən belə qənaətə gəlir ki, Ə. Zeynallının həbsi peşə fəaliyyəti ilə sıx bağlıdır. Ə. Zeynallının özü həbsindən bir gün əvvəl “Obyektiv TV” internet televiziyasına verdiyi müsahibəsində  
(http://www.youtube.com/watch?v=qboc9d-8qIc&feature=player_embedded)
qəzetin əmlakının İ. Əliyevin göstərişi ilə müsadirə edildiyini iddia edib. Ə. Zeynallı həbsindən sonra yazdığı məqalələrdə isə həbsində İ. Əliyevin rolunun danılmaz olduğunu bildirib. Eyni zamanda Azərbaycanın hüquq müdafiəçiləri, tanınmış jurnalistləri, jurnalist təşkilatları və siyasi partiyaları Ə. Zeynallının həbsində siyasi hakimiyyətin və prezident İ. Əliyevin rolunun olduğunu istisna etməyiblər.

 Dövlət və hakimiyyət yönlü qəzetlərdə Ə. Zeynallı və “Xural” qəzetinin digər əməkdaşlarına qarşı aparılan qara PR kompaniyası
“Xural” qəzetinə və Ə. Zeynallıya qarşı hüquq mühafizə orqanlarının basqıları ilə yanaşı hakimiyyət qəzetlərində qara PR kompaniyası aparılıb. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, hakimiyyət yönlü “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “APA” İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı və digərləri  “Lent.az” saytında və digər mətbu nəşrlərdə Ə. Zeynallının imicinə, işgüzar nüfuzuna xələl gətirən eyni zamanda Jurnalistlərin Peşə Kodeksinə uyğun olmayan, təhqiredici müsahibələr veriblər. “Preventiv cavab qrupu” həmin qəbildən olan yazıların peşəkar ekspertizadan keçirilməsi üçün Nəcəf Nəcəfov Fonduna müraciət edib.

“Preventiv cavab qrupu” ehtimal edir ki, Ə. Zeynallının və “Xural” qəzetinin kollektivinin ləyaqətini alçaldan məqalələr Azərbaycanın mövcud hakimiyyətinin sifarişi ilə dərc edilir. Burada məqsəd Ə. Zeynallının qanunsuz həbs edilməsini əsaslandırmaqla yanaşı, ictimai rəydə “Xural” qəzetinin və Ə. Zeynallı barədə mənfi rəy formalaşdırmaqdır.

 Əvəz Zeynallının qısa tərcümeyi – halı (arayış)

Əvəz Tapdıq oğlu Zeynalov 1970-ci ilin yanvarın 1-də   Ermənistan Sovet Sosialist Respublikasının Krasnaselski rayonu Ağbulaq kəndində anadan olub. 1988-ci ildə  Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-ci illər ərzində Sovet Ordusu sıralarında xidmət edib. 1991-ci ildə  Türkiyə Respublikası Ankara Universiteti hüquq fakültəsinə daxil olub. Həmin universitetin məzunudur. Türkiyə Respublikasında olarkən “Böyük Gələcək” dərgisini nəşr etdirib. 1999-cu ildə Azərbaycana qayıdan Ə. Zeynallı müxtəlif qəzetlərdə çalışıb. 2002-ci  ildən etibarən  “Xural” qəzetinin təsisçisi və baş redaktorudur. Ailəlidir, iki övladı var. Həyat yoldaşı da jurnalistdir. Məhkumluğu yoxdur. (Tərcümeyi- hal ailəsinə istinadən hazırlanıb).

  “Xural” qəzetinin siyasi yönümü (Arayış)

2002-ci  ildən etibarən həftəlik qəzet kimi nəşrə başlayan “Xural” qəzeti 20 sentyabr 2011-ci ildən   20 oktyabr 2011-ci il tarixinə qədər gündəlik nəşr olunub. “Preventiv cavab qrupu” “Xural” qəzetinin müxtəlif illərdə dərc edilmiş nüsxələrini araşdıraraq belə bir rəyə gəlib ki,   “Xural”  qəzetinin ölkənin siyasi partiyaları, hakimiyyət dairələri, ayrı-ayrı məmurlar, oliqarxlar və hakimiyyətdaxili qruplarla birbaşa əlaqədə olmayıb. Qəzetin səhifələrində hakimiyyətlə yanaşı müxalifət partiyaları da sərt tənqidə məruz qalıb “Xural” qəzeti əsasən konservativ xətt yürüdüb, dövlətçilik və milli dəyərlərin qorunub saxlanılması istiqamətində olan məqalələrə üstünlük verib. “Xural” qəzeti eyni zamanda hazırkı Azərbaycan hakimiyyətini, dövlət başçısı İlham Əliyevi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və digər yüksək rütbəli məmurları kəskin şəkildə tənqid edib. “Xural” qəzetində dərc edilən məqalələrdə Azərbaycan hakimiyyəti əsasən korrupsiya, rüşvətxorluq və digər qanunsuz əməllərdə ittiham edilib. Preventiv cavab qrupu hesab edir ki , “Xural” qəzeti heç bir siyasi partiya və qrupa bağlı olmayan müstəqil nəşrdir.

Preventiv Cavab Qrupu
Qrupun rəhbəri Əfqan Muxtarlı
Adil Mirhəsənli
Elçin Sadıqov
Rövşən Qasımov

Previous Post

“AZAD” GƏNCLƏRİN KİTABIDIR

Next Post

BİR BÖYRƏKLƏ ORDUDA XİDMƏT EDƏNLƏR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.