ƏLÖVSƏT OSMANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (08 sentyabr) Bakı Apellyasiya məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə təhsil üzrə ekspert Əlövsət Osmanlının  apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Təhsil Problemləri İnstitutunun (TPİ) nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak etmirdi.

Əlövsət Osmanlının vəkili İsaxan Aşurov bildirdi ki, nümayəndənin məhkəmə prosesində iştirakı vacibdir və məhkəmə onun iştirakı olmadan keçirilə bilməz.

Buna görə də hakim prosesi  təxirə saldı və növbəti prosesi 22 sentyabr saat 16:00- a təyin etdi.
 
Qeyd edək ki, Nəsimi rayon məhkəməsi 2 iyun tarixli qərarında iddianın qismən təmin edildiyini: cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsini və iddiaçının 50 000 manat mənəvi təzminat tələbinin isə təmin edilmədiyini bildirdi.
Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsini və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

BAKIDA İNSAN HÜQUQLARI MÖVZUSUNDA FOTO SƏRGİSİ AÇILIB

Next Post

JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARINI YAD ETMƏKLƏ QEYD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.