ƏLÖVSƏT OSMANLIYA QARŞI İRƏLİ SÜRÜLMÜŞ İTTİHAMA XİTAM VERİLİB

Bu gün (5 noyabr) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyev Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayətə xitam verilməsi ilə bağlı qərarını elan edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. Osmanlının özü məlumat verib.

O bildirib ki, qarşı tərəf davamlı olaraq məhkəmə iclaslarına qatılmadığına görə hakim X. Tağıyev işə xitam verilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Ə.Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Previous Post

ƏLÖVSƏT OSMANLIYA QARŞI İRƏLİ SÜRÜLMÜŞ İTTİHAMA XİTMAT VERİLİB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEV HAQQINDA HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.