ƏVƏZ ZEYNALLIYA HƏBSİ İLƏ BAĞLI PREVENTİV TƏHQİQAT QRUPU NÖVBƏTİ HESABATINI TƏQDİM EDİB

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupu (PCQ) RATİ-nin mətbuat mərkəzində hesabatını təqdim edib.

PCQ-nun rəhbəri Əfqan Muxtarlı baş redaktorun həbsindən sonra qrupun apardığı araşdırmalar əsasında hesabat hazırladığını və bu hesabatın təqdimatından keçən müddət ərzində “Aralıq hesabat”ın hazırladığını media nümayəndələrinin diqqətini çəkdi. Ə.Muxtarlının sözlərinə görə, bu müddət həm də Ə.Zeynallının məhkəmə prosesinin başlandığı müddəti əhatə edir.

 

Qrup rəhbəri Ə. Zeynallının həbs müddətinin növbəti dəfə  2 ay 20 gün  uzadıldığını və qanunla artıq Ə.Zeynallının həbsxanada deyil azadlığa buraxılmalı olduğunu söylədi: “Məhkəmənin qərarına əsasən, Əvəz Zeynallı barədəki həbs qətimkan tədbiri bu il mayın 20-də başa çatdı. Lakin mətbuatın iştirakına etiraz edən məhkəmə vəkillərin heç bir əsaslı vəsatətini qəbul etməyərək, baş redaktorun həbsini faktiki olaraq prosesin gedəcəyi müddətə qədər uzatdı. Hakim 5 dəqiqəlik müşavirədən qayıdandan sonra 20 dəqiqə ərzində vəsatətlərin rədd edilməsi ilə bağlı qərar oxudu. Tək bu faktın özü yetərlidir ki, məhkəmənin “siyasi sfariş”lə işlədiyi haqda qənaət formalaşdırsın”.

Hesabat müəllifləri habelə bu il yanvarın 23-də Nərimanov rayon məhkəməsi “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı 150 min manatlıq  iddiasını  qismən təmin etməsi və məhkəmənin  Ə. Zeynallını və “Xural” qəzetini 50 min manat məbləğində cərimələnməsini qanun pozuntusu kimi qiymətləndirirlər.  Ə.Muxtarlı bildirib ki, belə bir qərar çıxaran Nərimanov rayon Məhkəməsinin hakimi Sevin Quliyeva heç bir araşdırma aparmadan, qarşı tərəfi dinləmədən “siyasi sifariş” həyata keçirib.

 

Habelə Ə.Muxtarlı son olaraq  Ə.Zeynallı barəsində  CM-nin 213.1 maddəsi isə qaldırılan və üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutan yeni ittihama diqqət çəkib. Ə.Muxtarlının fikrincə, əslində elə bu maddə ilə də  hakimiyyət məhkəmə qərarı əsasında Ə.Zeynallını peşə fəaliyyətindən uzaqlaşdıra bilər, bu da birbaşa söz azadlığına qarşı yönəlmiş təxribatdır.

 

Vəkil  Elçin  Sadıqov PCQ-a bildirib ki, Bakı İstintaq Təcridxanasının rəhbərinin  hərəkətlərindən  1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə etdiyi şikayətə baxılmır. Ə.Zeynallının istintaqı yekunlaşdıqdan sonra vəkillərlə görüşünə imkan verilməyib. May ayının 2-də, 5-də, 12-də və 15 də vəkillər Bakı İstintaq Təcridxanasında Ə.Zeynallı ilə görüşmək istəkləri təcridxana rəhbəri tərəfindən qanunsuz olaraq rədd edilib. Təcridxana rəhbərinin qanunsuz hərəkətlərində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi R.Allahverdiyevaya edilən şikayətlər də cavabsız qalıb.

 

Tədbirdə “Turan” İA-nin rəhbəri Mehman Əliyev Ə.Zeynallıya qarşı aparılan “siyasi sifariş”in bütün Azərbaycan mətbuatına qarşı aparıldığını, əsas məqsədinsə azad sözün susdurulması olduğunu diqqətə çatdırdı: “Artıq istintaq araşdırmaları arxada qalıb, məhkəmələrin gedişatı da onu deməyə əsas verir ki, Əvəz Zeynallı şərlənərək, saxta ittihamlarla həbs olunub. Onun haqqında şikayət verən deputat Gülər Əhmədova Əvəz Zeynallı həbs olunan zaman mənə zəng vurdu və 2 saat telefonla sübut etməyə çalışdı ki, baş redaktor onu təhdid edib, rüşvət istəyib. Lakin indi görünən odur ki, onların Əvəz Zeynallıya qarşı əllərində heç bir “fakt” və “sübut” yoxdur. Ona görə də məhkəmələri mətbuatın, kamera və diktofonların iştirakı ilə keçirməkdən qorxurlar. Buna imkan versələr, onların saxta ittihamlarla siyasi sifariş həyata keçirdikləri dərhal mətbuata və cəmiyyətə məlum olacaq”.

 

Mətbuat konfransında o da nəzərə çatdırıldı ki, Ə.Zeynallının məhkəmə iclası mayın 31-də, saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.

 

 

Previous Post

HAKİMİYYƏT İSTƏNİLƏN YOLLA ƏVƏZ ZEYNALLINI CƏZALANDIRMAQ İSTƏYİR

Next Post

ARDNŞ İDRAK ABBASOV BARƏSİNDƏ QARAYAXMA XARAKTERLİ AÇIQLAMA YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.