ABŞ AZƏRBAYCANA SAZİŞ TƏKLİF EDİB

Amerika  Birləşmiş Ştatlar höküməti  xarici radioların yerli tezliklərdə fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan hökumətinə saziş layihəsi təklif edib.

Bu barədə məlumatı jurnalistlərə açıqlamasında ABŞ –ın Azərbaycandakı səfiri Enn Dersi bildirib. Səfirin sözlərinə görə adı çəkilən sazişidə, Azərbaycan radiolarının ABŞ-da istənilən tezliklərdə- FM, qısa və orta dalğalarda yayımlanmasının mümkünlüyü də təklif olunub:” Biz çox məmnun olarıq ki, ABŞ-da yaşayan azərbaycanlılar bu radioları dinləsinlər”.
Xatırladaq ki, MTRŞ-nın 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan “Azadlıq”, "Amerikanın səsi" və  “BBC” radiolarının yerli FM tezliyində yayımına qadağa qoyulub.
Previous Post

AZƏRBAYCANLA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN SAYINA GÖRƏ İKİNCİ YERDƏDİR

Next Post

“ELMAR HÜSEYNOV MÜKAFATI” ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMƏYƏCƏK

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.