ABŞ KONQRESİNDƏKİ DİNLƏMƏLƏRDƏ AZƏRBAYCANDA SÖZ AZADLIĞINA QARŞI OLAN BASQILAR MÜZAKİRƏ EDİLİB

"Azərbaycanda hər şey bir nəfərə ömürlük hakimiyyətin verilməsinə doğru gedir".


"Azadlıq" radiosunun məlumatına görə,  bunu ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələrdə "Freedom House" beynəlxalq insan haqları təşkilatının direktoru Kristofer Uolker deyib. O, Azərbaycanda vəziyyətin gündən-günə pisləşdiyini qeyd edib. Bildirib ki, demokratik inkişaf edən, hesabatlı və şəffaf institutların yaradılması ilə bağlı vəziyyət olduqca pisdir və "Freedom House"nin hesablamalarına görə, vəziyyət getdikcə pisləşir.
Bundan əlavə, Uolkerin sözlərinə görə, ölkə rəhbərliyi təbii sərvətlərin Azərbaycan vətəndaşlarına gələcəkdə xeyir qazandıracağını təmin edəcək həyati əhəmiyyət daşıyan islahatları keçirmir. 

Resurs bəlasının Azərbaycanda kök atdığını qeyd edən Uolker deyib ki, artan neft pulları ölkə rəhbərliyinin daha şəffaf institutlar yaratmaq iddialarını da tamamilə azaldıb:
"Bu tənəzzül sistem halında baş verib və müxtəlif sahələrə, həmçinin seçki proseslərinə, azad media, vətəndaş cəmiyyəti və müstəqil məhkəmələr sahəsinə də öz təsirini göstərməkdədir",  – deyə Kristofer Uolker öz çıxışında qeyd edib. O, Aqil Xəlilin bıçaqlanması, üç jurnalistin həbsdə saxlanmasını medianın tənəzzüldə olmasının göstəricisi kimi qiymətləndirib. 

Uolkerin sözlərinə görə, Azərbaycanda hər şey bir nəfərə ömürlük hakimiyyətin verilməsinə doğru gedir ki, bu təcrübə artıq Mərkəzi Asiya ölkələrində mövcuddur. Mütləq hakimiyyətlə bərabər mütləq korrupsiyanın da gəldiyini qeyd edən ekspert deyib ki, Azərbaycan hakimiyyətinin neft pullarını necə xərcləməsi ilə bağlı xalqa tam hesabat verməməsi olduqca risklidir. Uolker ABŞ hökumətinə Azərbaycandakı demokratik qüvvələrə dəstəyi artırmağı tövsiyə edib.  

Dinləmələrin ingilis dilində bu linkdə baxa bilərsiniz: http://csce.gov/index.cfm?FuseAction=ContentRecords.ViewDetail&ContentRecord_id=436&Region_id=0&Issue_id=0&ContentType=H,B&ContentRecordType=H&CFID=17060147&CFTOKEN=92448544  

Previous Post

Xural qezetinin bas redaktoru Evez Z|eynallinin tedbiri

Next Post

ƏVƏZ ZEYNALLIYA PASPORT VERİLMİR, HABELƏ BAŞ REDAKTOR HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.