ABŞ NÜMAYƏNDƏLƏRİNİN XARİCİ RADİOLARLA BAĞLI TƏLKİFLƏRİNƏ BAXILIR

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov  Trend” İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Yayım Şurasının və BBC korporasiyasının nümayəndələri digər vasitələrlə radioların yayımını davam etdirmək istəyində problem görmürük.

O, qeyd edib ki, ABŞ Yayım Şurasının nümayəndələri müxtəlif təkliflərlə Milli Televiziya və Radio Şurası (MTRŞ) və digər hakimiyyət nümayəndələrinə müraciət ediblər və bu təkliflər öyrənilir.
Qeyd edək ki, ABŞ Beynəlxalq Yayım Şurasının nümayəndələri “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan FM tezliyində yayımının bərpası məsələsini müzakirə etmək məqsədi ilə Azərbaycanda səfərdədirlər.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımı qadağa qoyulub.
Previous Post

TATYANA ÇALADZE EYNULLA FƏTULLAYEV HAQQINDA KİTAB YAZMAĞI PLANLAŞDIRIR

Next Post

AZƏRBAYCANLA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN SAYINA GÖRƏ İKİNCİ YERDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.