
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi 6 iyul 2011-ci ildə bu qərardan verilən şikayətin təmin olunmamağı barədə qərar çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.