ALMANİYA OMBUDSMANINA GƏNC FƏAL BƏXTİYAR HACIYEVLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏYİB

Almaniya Federativ Respublikasının İnsan haqları, siyasi və humanitar yardım məsələləri üzrə dövlət komisarı Markus Loninqin “Amerikanın səsi” radiosuna verdiyi məlumata görə, həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə görüşməyə cəhd etsə də, bu mümkün olmayıb:

“14 saylı cəzaçəkmə müəssisəsinin qarşısında bir saat yarım gözlədik, bundan sonra bizə dedilər ki, Ədliyyə Nazirliyi görüşə icazə verməyib. Baxmayaraq ki, iki həftə əvvəl Bəxtiyar Hacıyevə baş çəkmək istəyimi bildirmişdim”, – deyə Loninq bildirib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.  Gəncə Apellyasiya Məhkəməsi 6 iyul 2011-ci ildə bu qərardan verilən  şikayətin təmin olunmamağı barədə qərar çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

 

 

Previous Post

HƏRBİ XİDMƏTƏ ÇAĞRILANLAR MAARİFLƏNDİRİLİR

Next Post

İSLAMÇILARIN VƏKİLİ ANAR QASIMLI İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.